Sosial
Şəhidlərimizin dəfn olunacağı yerlər bilindi
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Eşqin Cəmil oğlu və Əlibəyli Şəhriyar Ramiz oğlunun dəfn olunacağı yerlər bilinib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidlərimiz Şəhriyar Əlibəyli sabah yaşadığı Bakı şəhərində, Eşqin Hüseynov isə Tovuz rayonunun Hunanlar kəndində dəfn olunacaq.
Qeyd edək ki, Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir. Həmçinin, şəhid Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.