Səngərdə Keçən Gecələrin Arxasındakı Güvən

Bəzən düşünürəm ki, biz gənclər rahat şəkildə universitetə gedəndə, dostlarımızla görüşəndə, gələcəyimizlə bağlı planlar quranda bunun nəqədər böyük bir dəyər olduğunu tam hiss etmirik. Çünki təhlükəsizlikinsanın hər gün gördüyü, lakin çox vaxt üzərində düşünmədiyinemətlərdən biridir. Bu təhlükəsizliyin arxasında isə Azərbaycanəsgərinin və zabitinin gecə-gündüz çəkdiyi xidmət dayanır.
26 İyun – Silahlı Qüvvələr Günü mənim üçün yalnız hərbi bayramdeyil. Bu gün həm də Vətən qarşısında məsuliyyət, fədakarlıq vəsədaqət anlayışlarını xatırladan bir gündür. Hər bir dövlətin gücü onunordusunun gücü ilə ölçülür. Azərbaycan da bu gün regionun ən güclüordularından birinə malikdirsə, bu, illərlə aparılan məqsədyönlüsiyasətin, ordunun inkişafına göstərilən diqqətin və hərbçilərimizinzəhmətinin nəticəsidir.
Mənim nəslim Azərbaycanın ən mühüm tarixi hadisələrindən birininşahidi olub. 2020-ci ildə baş vermiş Vətən müharibəsi təkcə hərbiqələbə deyil, həm də milli birlik nümunəsi idi. Həmin günlərdəölkənin hər yerində insanlar bir amal uğrunda birləşmişdi. Gənclərkönüllü şəkildə müxtəlif təşəbbüslərə qoşulur, əsgərlərimizə dəstəkolur, cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyirdilər. O günlərbizə göstərdi ki, Vətən sevgisi sözlə deyil, əməli işlərlə sübut olunur.
Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi igidlik vəhərbçilərimizin peşəkarlığı Azərbaycanın tarixində silinməz iz qoyub. Onlar sübut etdilər ki, torpaq yalnız üzərində yaşamaq üçün deyil, onuqorumaq üçün də sevilməlidir. Bu gün azad Qarabağda dalğalananüçrəngli bayrağımız minlərlə qəhrəmanın fədakarlığının nəticəsidir.
Bir gənc olaraq hesab edirəm ki, Silahlı Qüvvələr Günü yalnızhərbçilərin deyil, bütün xalqın bayramıdır. Çünki ordu xalqdan ayrıdeyil. Hər bir əsgər bu xalqın övladıdır, hər bir zabit bu dövlətingələcəyinə xidmət edən insandır. Ona görə də 26 İyun bizə həm qürurhissi yaşadır, həm də üzərimizə düşən vətəndaşlıq məsuliyyətinixatırladır.
Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələrdən birivətənpərvər, savadlı və milli dəyərlərə bağlı vətəndaş kimiyetişməkdir. Müasir dövrdə Vətənə xidmət yalnız hərbi formadaolmur. Elmdə, təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və ictimaihəyatda əldə edilən uğurlar da ölkənin güclənməsinə xidmət edir. Güclü ordu ilə yanaşı, güclü vətəndaş cəmiyyəti də dövlətindayanıqlığını təmin edir.
26 İyun münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsiheyətinə dərin ehtiramımı bildirirəm. Sərhədlərimizin keşiyindədayanan, dövlətimizin təhlükəsizliyini qoruyan hər bir hərbçixalqımızın hörmətini qazanıb. Şəhidlərimizin əziz xatirəsiniminnətdarlıqla yad edir, qazilərimizə və hərbi qulluqçularımızamöhkəm can sağlığı arzulayıram.
Əminəm ki, Azərbaycan Ordusu bundan sonra da dövlətimizinmüstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin ən etibarlıtəminatçısı olaraq qalacaq. Çünki bu ordunun arxasında öz dövlətinəinanan xalq, xalqın arxasında isə güclü Azərbaycan dayanır.
Aydan Əliyeva,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı



