AnalitikaGündəmSiyasət

Üçrəngli bayraq – müstəqilliyə gedən yolun müqəddəs nişanəsi

Azərbaycanın Dövlət Bayrağı xalqımızın tarixində ənböyük mənəvi dəyərlərdən biri, milli varlığımızın vəmüstəqilliyimizin əbədi simvoludur. Onundalğalanması hər bir azərbaycanlıya Vətən torpağınınmüqəddəsliyini, dövlət müstəqilliyinin əhəmiyyətini vəmilli birliyin gücünü xatırladır. Üçrəngli bayrağımızınmavi, qırmızı və yaşıl rəngləri xalqımızın zənginmədəniyyətini, tarixi köklərini və mənəvi dünyasınıözündə birləşdirir. Bu rənglər sanki Azərbaycanınkeçdiyi tarixi yolun, yaşadığı sınaqların və qazandığınailiyyətlərin canlı salnaməsidir. Dövlət Bayrağı Günümünasibətilə bayrağımıza göstərilən ehtiram həm dədövlətçilik tariximizə və milli irsimizə olan hörmətintəzahürüdür.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətininyaradılması ilə xalqımız Şərqdə demokratik respublikaquruculuğunun parlaq nümunəsini ortaya qoydu. Həmin dövrdə qəbul edilən üçrəngli bayraq müstəqildövlətin əsas rəmzinə çevrildi. Cümhuriyyətqurucularının uzaqgörənliyi ilə müəyyənləşdirilən burənglər milli ideallarımızın, türk dünyasınamənsubiyyətimizin, müasir inkişaf yolumuzun və dini-mənəvi dəyərlərimizin ifadəsi oldu. 1920-ci ildəCümhuriyyət süquta uğrasa da, onun ideyalarıxalqımızın yaddaşında yaşamağa davam etdi. Müstəqillik arzusu nəsildən-nəslə ötürüldü və nəhayət, XX əsrin sonlarında Azərbaycan öz dövlətmüstəqilliyini bərpa edərək üçrəngli bayrağını yenidənucaltdı.

Müasir Azərbaycanın dövlətçilik tarixində ÜmummilliLider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyətdaşıyır. Onun müəyyən etdiyi inkişaf strategiyasımüstəqil dövlətimizin siyasi, iqtisadi və mənəviəsaslarının möhkəmlənməsinə böyük töhfə verdi. Busiyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurladavam etdirilərək Azərbaycanı beynəlxalq aləmdənüfuzlu dövlətə çevirdi. Ölkəmizin ərazi bütövlüyününvə suverenliyinin təmin edilməsi, Qarabağ və ŞərqiZəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərininhəyata keçirilməsi milli tariximizin yeni mərhələsiniyaratdı. Bu gün azad torpaqlarımızda dalğalananüçrəngli bayrağımız dövlətimizin gücünü vəxalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.

Bayrağımızın hər dalğalanışı bizə bir həqiqətixatırladır: Azərbaycan xalqı öz müstəqilliyinə sahibçıxmağı bacaran, milli dəyərlərini qoruyan vəgələcəyini inamla quran xalqdır. Dövlət Bayrağı Günübu müqəddəs rəmzə ehtiram göstərməklə yanaşı, müstəqilliyimizin qorunması naminə üzərimizə düşənməsuliyyəti də dərk etməyimiz üçün mühüm fürsətdir. Hər bir vətəndaş öz fəaliyyəti, zəhməti vəvətənpərvərliyi ilə dövlətimizin inkişafına töhfəverməlidir. Üçrəngli bayrağımızın ucalığı xalqımızınbirliyindən, dövlətimizin qüdrətindən və gələcəyə olaninamından güc alır. Qoy Azərbaycan bayrağı daimsülhün, zəfərin və müstəqilliyin rəmzi kimi dünyasəmasında dalğalansın!

Rəşad Quliyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button