
Üçrəngli Azərbaycan bayrağı xalqımızın ən müqəddəsmənəvi dəyərlərindən biri, milli varlığımızın və dövlətmüstəqilliyimizin əbədi rəmzidir. Bu bayraqtariximizin keşməkeşli yollarından keçərək bugünümüzə gəlib çatmış, xalqımızın azadlıq ideallarınıvə müstəqil yaşamaq iradəsini özündə yaşatmışdır. Onun mavi, qırmızı və yaşıl rəngləri Azərbaycanınmilli kimliyini, müasirliyə bağlılığını və mənəvizənginliyini ifadə edir. Bayrağımızın hərdalğalanışında bir xalqın qüruru, bir dövlətin qüdrəti vəbir millətin gələcəyə olan inamı duyulur. 9 Noyabr – Dövlət Bayrağı Günü bu müqəddəs dəyərlərinətrafında birləşdiyimiz, dövlətçiliyimizə və milliirsimizə ehtiramımızı ifadə etdiyimiz gündür.
Üçrəngli bayrağımızın qəbul edilməsi AzərbaycanXalq Cümhuriyyətinin tarixində mühüm hadisəolmuşdur. 1918-ci il noyabrın 9-da qəbul edilən dövlətbayrağı xalqımızın müstəqillik və milli özünüdərkideyalarının rəmzinə çevrildi. Bu bayraq Cümhuriyyətqurucularının gələcək nəsillərə miras qoyduğu ənqiymətli dövlətçilik ənənələrindən biridir. Sovethakimiyyəti illərində müstəqilliyimiz əlimizdən alınsada, milli ruhumuz və azadlıq düşüncəmiz yaşamaqdadavam etdi. Ümummilli Lider Heydər Əliyevinqətiyyətli mövqeyi və tarixi təşəbbüsləri ilə üçrənglibayrağımız yenidən dövlətçilik həyatımıza qayıtdı. Müstəqilliyimizin bərpası ilə bayrağımız AzərbaycanRespublikasının əsas dövlət atributlarından biri kimitəsdiqləndi.
Bu gün Azərbaycan öz tarixi nailiyyətləri ilə fəxr edən, gələcəyə inamla addımlayan güclü dövlətdir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyisiyasi, iqtisadi və hərbi uğurlar dövlətimizinbeynəlxalq nüfuzunu daha da yüksəltmişdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və2023-cü ildə suverenliyimizin tam bərpası Azərbaycantarixində yeni bir dövrün başlanğıcını qoydu. Qarabağvə Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuqişləri, doğma yurdlarına qayıdan insanların sevinci vəazad torpaqlarımızda ucaldılan üçrəngli bayrağımızmilli qürurumuzun ən təsirli mənzərəsidir. Bu mənzərəşəhidlərimizin müqəddəs xatirəsini yaşadır, qazilərimizin qəhrəmanlığını bir daha xatırladır vəxalqımızın yenilməzliyini nümayiş etdirir.
Azərbaycan bayrağı bizim qürurumuz, and yerimiz vəgələcək nəsillərə ötürəcəyimiz ən qiymətliəmanətimizdir. Onun ucalığını qorumaq dövlətimizəsədaqət, Vətənə sevgi və milli dəyərlərə bağlılıq tələbedir. Hər bir azərbaycanlı bayrağımızın tarixini bilməli, onun ifadə etdiyi ideallara sahib çıxmalı və müstəqildövlətimizin inkişafına öz töhfəsini verməlidir. Gənclərimiz bu bayrağın altında böyüməli, onunşərəfini və məsuliyyətini dərk etməli, ölkəmizingələcəyini daha da parlaq etmək üçün çalışmalıdırlar. Qoy üçrəngli bayrağımız dünyanın hər bir guşəsindəAzərbaycan adını ucaltsın, daim azad səmalardadalğalansın. Dövlətimiz müstəqil, xalqımız həmrəy, bayrağımız əbədi uca olsun!
Fəridə Həsənova,
YAP Xəzər rayon təşkilatının fəalı



