
Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutanəlamətdar günlərdən biri də 26 İyun – AzərbaycanRespublikasının Silahlı Qüvvələri Günüdür. Bu tarix təkcəpeşə bayramı deyil, həm də müstəqil dövlətimizin gücünü, xalqımızın təhlükəsizliyini və milli dövlətçilik ənənələriniözündə ehtiva edən mühüm siyasi və tarixi hadisədir. Məhz bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişafyoluna nəzər salmaq, əldə olunan uğurlarıqiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirməkbaxımından xüsusi əhəmiyyət daşıyır.
Müstəqilliyin ilk illərində Azərbaycan ağır sınaqlarlaüzləşmişdi. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ordununformalaşdırılması prosesinə də mənfi təsir göstərirdi. Peşəkar idarəetmə sisteminin olmaması, vahidkomandanlığın zəifliyi və daxili qarşıdurmalar dövləttəhlükəsizliyi üçün ciddi təhdid yaradırdı. Belə birmürəkkəb şəraitdə güclü və nizami ordunun yaradılmasımüstəqil Azərbaycanın qarşısında duran ən mühümvəzifələrdən biri idi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdanÜmummilli Lider Heydər Əliyev dövlət quruculuğununbütün sahələrində olduğu kimi, ordu quruculuğunu da əsasprioritetlərdən biri kimi müəyyənləşdirdi. Qısa müddətərzində Silahlı Qüvvələrdə vahid komandanlıq sistemiyaradıldı, nizami hərbi hissələrin formalaşdırılmasıistiqamətində mühüm addımlar atıldı, orduda nizam-intizam möhkəmləndirildi və peşəkar hərbi idarəetməprinsipləri tətbiq olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev yaxşı anlayırdı ki, güclü dövlətyalnız güclü orduya arxalana bilər. Onun rəhbərliyidövründə qəbul edilən qərarlar Azərbaycan Ordusunungələcək inkişaf strategiyasının əsasını təşkil etdi. Hərbitəhsil sisteminin təkmilləşdirilməsi, zabit hazırlığınıngücləndirilməsi, maddi-texniki bazanınmöhkəmləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığıngenişləndirilməsi məhz həmin dövrdə həyata keçirilənməqsədyönlü siyasətin nəticəsi idi.
Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının rəhbərliyi iləordu quruculuğu sahəsində ardıcıl islahatlar həyatakeçirildi, hərbi büdcə dəfələrlə artırıldı, ən müasir silah vəhərbi texnikalar alındı, müdafiə sənayesinin inkişafınaxüsusi diqqət yetirildi. Azərbaycanın hərbi potensialınıngücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindənbirinə çevrildi.
Müasir dövrdə ordunun gücü yalnız silahlarla ölçülmür. Yüksək peşəkarlıq, müasir idarəetmə sistemi, döyüşhazırlığı, vətənpərvərlik ruhu və milli birlik hər bir ordununəsas üstünlüyüdür. Azərbaycan Ordusunun son illərdəqazandığı nailiyyətlər də göstərdi ki, həyata keçirilən orduquruculuğu siyasəti düzgün müəyyənləşdirilmiş stratejixəttə əsaslanır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsiAzərbaycan Ordusunun gücünü bütün dünyaya nümayişetdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbiəməliyyatlar nəticəsində otuz ilə yaxın işğal altında qalmıştorpaqlarımız azad edildi. Azərbaycan Ordusu yüksəkpeşəkarlıq, müasir taktika və döyüş əzmi nümayişetdirərək tarixi Zəfərə imza atdı. Bu Qələbə təkcə hərbiuğur deyil, həm də dövlətimizin siyasi iradəsinin, xalqımızın milli birliyinin və uzun illər həyata keçirilən orduquruculuğu siyasətinin məntiqi nəticəsi idi.
2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyiölkənin bütün ərazisində tam təmin olundu. Bununla da müstəqil Azərbaycanın qarşısında duran ən mühüm tarixivəzifələrdən biri uğurla başa çatdırıldı. Bu hadisə bir dahagöstərdi ki, güclü ordu dövlət müstəqilliyinin və milli təhlükəsizliyin əsas təminatçısıdır.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlıqüvvələrindən biri hesab olunur. Müasir silahlanma, yüksək döyüş hazırlığı, peşəkar zabit heyəti və müasirhərbi idarəetmə sistemi ordumuzun əsas üstünlükləridir. Beynəlxalq hərbi əməkdaşlığın genişlənməsi, müntəzəmkeçirilən təlimlər və yeni texnologiyaların tətbiqi SilahlıQüvvələrimizin döyüş qabiliyyətini daha da artırır.
Azərbaycan Ordusunun qazandığı uğurlar xalq ilə ordununsarsılmaz birliyinin də bariz nümunəsidir. Müharibədövründə xalqımızın nümayiş etdirdiyi həmrəylik, dövlətəvə ordumuza göstərilən dəstək milli birliyin ən parlaqtəzahürü oldu. Bu birlik Azərbaycanın gələcək inkişafı vətəhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
26 İyun – Azərbaycan Respublikasının Silahlı QüvvələriGünü ordumuzun keçdiyi şərəfli yolun, qəhrəman əsgər vəzabitlərimizin fədakarlığının, dövlətimizin həyata keçirdiyiuğurlu təhlükəsizlik siyasətinin təntənəsidir. Bu əlamətdargün hər bir azərbaycanlıda Vətənə bağlılıq hissini daha da gücləndirir, gənc nəsildə vətənpərvərlik ruhununformalaşmasına xidmət edir.
Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərtəsadüfi deyil. Bu uğurlar uzun illər həyata keçirilənməqsədyönlü dövlət siyasətinin, müasir orduquruculuğunun, milli həmrəyliyin və xalq–ordu birliyininnəticəsidir. Güclü dövlət, güclü iqtisadiyyat və güclü orduprinsipi əsasında inkişaf edən Azərbaycan bundan sonrada öz milli maraqlarını qətiyyətlə qorumağa, bölgədəsülhün və təhlükəsizliyin təmin olunmasına mühümtöhfələr verməyə davam edəcəkdir.



