GündəmSosial

Tarixin yazıldığı şəhər – Şuşa

04 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Aşağı Kəsəmən kənd”, “Zəlimxan kənd” və “Poylu kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 8 noyabr “Şuşa şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımız üçün sadəcə təqvim tarixi deyil. Bu gün qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, Azərbaycan Ordusunun şücaətinə verilən yüksək qiymət və milli birliyimizin təntənəsidir. Şuşanın azadlığı ilə qazanılan tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin sarsılmazlığının parlaq göstəricisidir.

Tədbirdə çıxış edən digər natiqlər – “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri Vüqar Qasımov, Aşağı Kəsəmən kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Təranə Abdullayeva və partiya fəalı Sakit İsgəndərov bildiriblər ki, bu əlamətdar gün bir daha təsdiq edir ki, Şuşa Azərbaycanın milli qürur mənbəyi, mədəniyyətimizin beşiyi və əbədi olaraq doğma torpağımızdır. Şuşanın azadlığı ilə yazılan tarix gələcək nəsillərə Vətən sevgisinin, qəhrəmanlığın, birliyin və milli ruhun ən böyük nümunəsi kimi ötürüləcəkdir.

Oxşar Xəbərlər

Back to top button