GündəmSosial

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

04 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr- Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhid ailələri, partiya fəalları, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı müxtəlif növ ağaclar əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Oxşar Xəbərlər

Back to top button