AnalitikaGündəmSiyasət

Şahdəniz layihəsi ölkəmizin enerji tarixində yeni mərhələnin başlanğıcı oldu

Şahdəniz yatağı Azərbaycanın ən mühüm enerji layihələrindən biri hesab olunur. Bu layihə ölkənin qaz sənayesinin inkişafında mühüm dönüş nöqtəsi yaratdı.

1996-cı ildə imzalanan müqavilə Azərbaycanın enerji potensialının daha geniş şəkildə istifadə edilməsinə imkan verdi. Bununla da qaz hasilatında yeni dövr başlandı.

Şahdəniz layihəsi beynəlxalq şirkətlərlə əməkdaşlığın inkişafına mühüm töhfə verdi. Xarici investisiyalar ölkənin enerji sektoruna yeni nəfəs gətirdi.

Layihənin uğurla həyata keçirilməsi Azərbaycanın enerji ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün yeni imkanlar yarandı.

Bu yataq həm də Cənub Qaz Dəhlizinin əsas mənbələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Şahdənizdən əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəldildi və əhalinin rifahının yüksəlməsinə xidmət etdi.

Bu gün Şahdəniz layihəsi Azərbaycanın enerji tarixində ən uğurlu layihələrdən biri kimi qiymətləndirilir.

Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button