AnalitikaGündəmSiyasət

Qanunun aliliyi – güclü dövlətin və sağlam cəmiyyətin təminatı

Dövlətin möhkəmliyi, cəmiyyətin sabitliyi və vətəndaşların gələcəyə inamı ilknövbədə qanunun aliliyinin təmin edilməsindən asılıdır. Qanunun hər kəs üçüneyni dərəcədə qüvvədə olduğu, hüquq və vəzifələrin aydın müəyyənləşdirildiyi, ədalət prinsipinin üstün tutulduğu cəmiyyət sağlam inkişaf yoluna qədəm qoyur. Azərbaycan Respublikasının Konstitusiyası məhz belə bir cəmiyyətinformalaşdırılmasının fundamental hüquqi əsaslarını müəyyən edir. 12 Noyabr – Konstitusiya Günü dövlətimizin hüquqi prinsiplərə sadiqliyini, qanunun aliliyinəəsaslanan idarəçilik modelini və demokratik inkişaf yolunu bir daha diqqətmərkəzinə gətirir.

Konstitusiyanın əsas müddəalarından biri Azərbaycan Respublikasında dövləthakimiyyətinin mənbəyinin xalq olmasıdır. Bu prinsip xalqın dövlətidarəçiliyindəki ali mövqeyini və suveren hüquqlarını ifadə edir. Dövləthakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi isəidarəçilik sistemində tarazlığın və qarşılıqlı nəzarətin təmin edilməsinə xidmətedir. Hər bir dövlət orqanının fəaliyyətinin Konstitusiya və qanunlarla müəyyənedilmiş çərçivədə həyata keçirilməsi hüquqi dövlətin mühüm göstəricisidir. Busistem dövlət idarəçiliyində məsuliyyətin artırılmasına, hüquqi münasibətlərintənzimlənməsinə və ictimai etimadın möhkəmləndirilməsinə şərait yaradır.

Qanunun aliliyi yalnız dövlət orqanlarının fəaliyyətində deyil, cəmiyyətin bütünsahələrində öz əksini tapmalıdır. İqtisadi münasibətlərdə mülkiyyət hüquqununqorunması, sahibkarlıq fəaliyyətinin hüquqi təminatı, əmək münasibətlərindəqanunvericiliyin tələblərinə əməl edilməsi və ictimai təhlükəsizliyin qorunmasıhüquqi sabitliyin əsas şərtlərindəndir. Hər bir vətəndaş qanunlara hörmət etməli, özhüquqlarından istifadə etməklə yanaşı, üzərinə düşən vəzifələri də məsuliyyətləyerinə yetirməlidir. Çünki hüquqi mədəniyyət yalnız dövlətin yaratdığımexanizmlərlə deyil, insanların gündəlik davranışları və ictimai məsuliyyət hissiilə də formalaşır.

Müasir Azərbaycan dövlətinin inkişafında qanunun aliliyinin təmin edilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsi və hüquqi institutların gücləndirilməsimühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən islahatlar dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, şəffaflığıngenişləndirilməsinə və vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlmişdir. Güclü dövlət yalnız qüdrətli iqtisadiyyata deyil, həm də möhkəm qanunlara, məsuliyyətli vətəndaşlara və ədalətli idarəçilik prinsiplərinə söykənir. KonstitusiyaGünü münasibətilə hər birimiz qanunun aliliyinə hörmətin dövlətçiliyimizinqorunmasında və gələcəyimizin qurulmasında nə qədər vacib olduğunu dərketməliyik.

 

Rəşad Əliyev,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button