AnalitikaGündəmSiyasət

Konstitusiya – gələcək nəsillərə əmanət edilən dövlətçilik mirası

Hər bir xalqın gələcəyi onun bu gün qoruduğu dəyərlərdən, yaratdığı möhkəmtəməllərdən və gələcək nəsillərə ötürdüyü mənəvi sərvətlərdən asılıdır. Dövlətçilikənənələri, milli kimlik, vətənpərvərlik və qanunlara hörmət xalqın tarix boyuformalaşdırdığı ən qiymətli dəyərlər sırasındadır. Azərbaycan xalqı zəngindövlətçilik tarixinə malik olmaqla yanaşı, müasir müstəqil dövlətini də möhkəmhüquqi əsaslar üzərində qurmuşdur. 12 Noyabr – Azərbaycan RespublikasınınKonstitusiyası Günü bu möhkəm təməllərin əhəmiyyətini dərk etmək, dövlətçiliyimizin keçdiyi tarixi yolu qiymətləndirmək və gələcək nəsillərqarşısında məsuliyyətimizi xatırlamaq baxımından xüsusi məna daşıyır.

1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın gələcək inkişafistiqamətlərini müəyyən edən, milli dövlətçiliyin əsas prinsiplərini hüquqi şəkildətəsbit edən tarixi sənəddir. Bu sənəd xalqımızın suverenlik iradəsini, demokratikdəyərlərə bağlılığını və hüquqi dövlət qurmaq əzmini ifadə edir. Konstitusiyanınqəbulundan keçən illər ərzində ölkəmizdə dövlət idarəçiliyi, iqtisadiyyat, sosialhəyat və hüquq sistemi sahələrində mühüm dəyişikliklər baş vermişdir. Zamanıntələblərinə uyğun olaraq həyata keçirilən konstitusion dəyişikliklər və islahatlardövlətimizin inkişaf prosesinin hüquqi çərçivəsinin təkmilləşdirilməsinə xidmətetmişdir. Bütün bu mərhələlər müstəqil Azərbaycanın möhkəm hüquqi təməlüzərində inkişaf etdiyini nümayiş etdirir.

Konstitusiyanın gələcək nəsillərə ötürülən ən mühüm mesajlarından biri dövlətə vəqanunlara hörmət, vətəndaş məsuliyyəti və milli dəyərlərə sədaqətdir. Bu dəyərlərailədə, məktəbdə, ali təhsil müəssisələrində və ictimai mühitdə formalaşmalıdır. Uşaqlara və gənclərə hüquqlarını tanımaqla yanaşı, öz vəzifələrini dərk etmək, başqalarının azadlıqlarına hörmət göstərmək, dövlət rəmzlərinə ehtiramlayanaşmaq və Vətənin maraqlarını qorumaq aşılanmalıdır. Çünki gələcəyin güclüAzərbaycanı məhz bu gün yetişən savadlı, məsuliyyətli və vətənpərvər nəslinəməyi ilə qurulacaqdır. Konstitusiya bu yolun hüquqi xəritəsi, dövlətçilikənənələrinin isə gələcək nəsillərə ötürülən mənəvi mirasıdır.

Bu gün Azərbaycan öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmdənüfuzunu artırmış və yeni inkişaf hədəflərinə doğru inamla irəliləyən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin gələcəkinkişafının təmin edilməsinə, milli maraqların qorunmasına və dövlətçilikənənələrinin daha da möhkəmləndirilməsinə istiqamətlənmişdir. 12 Noyabr – Konstitusiya Günü hər bir azərbaycanlı üçün yalnız tarixi bir gün deyil, həm dəmüstəqilliyimizə sahib çıxmaq, qanunlara hörmət etmək və dövlətimizintərəqqisinə töhfə vermək çağırışıdır. Bu ali hüquqi sənəd xalqımızın azadlıqiradəsinin, milli birliyinin və gələcəyə olan inamının təcəssümü kimi daimyaşayacaqdır.

Murad Abdullayev,      
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button