
Xalqı xalq edən yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də onu vahidməqsəd ətrafında birləşdirən milli dəyərlər və dövlətçilik ideallarıdır. Azərbaycanxalqının tarix boyu qoruyub saxladığı birlik və həmrəylik hissi ən çətin sınaqlardabelə milli iradəmizin sarsılmazlığını nümayiş etdirmişdir. Müstəqil dövlətimizinəsas qanunu olan Konstitusiya da bu birliyin hüquqi və mənəvi dayaqlarındanbiridir. 12 Noyabr – Konstitusiya Günü dövlətimizin hüquqi təməllərinixatırlatmaqla yanaşı, cəmiyyətin hər bir üzvünü ortaq məsuliyyət, qarşılıqlı hörmətvə milli həmrəylik ətrafında birləşdirən əlamətdar tarixdir.
Azərbaycan Respublikasının Konstitusiyası bütün vətəndaşların qanun qarşısındabərabərliyini, hüquq və azadlıqlarının qorunmasını, milli mənsubiyyətindən, dilindən, dinindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hər kəsin bərabərhüquqlara malik olmasını təsbit edir. Bu prinsiplər ölkəmizdə tolerantlıq vəmultikulturalizm ənənələrinin hüquqi əsaslarını möhkəmləndirir. Müxtəlifmədəniyyətlərin, dillərin və dünyagörüşlərinin bir arada yaşadığı Azərbaycancəmiyyəti tarixən qarşılıqlı hörmət və dözümlülük mühiti ilə seçilmişdir. Konstitusion təminatlar bu zəngin ictimai harmoniyanın qorunmasına və inkişafınamühüm töhfə verir.
Milli həmrəylik yalnız ümumi bayramlarda və tarixi hadisələrdə nümayiş etdirilənbirlik deyil. Bu, gündəlik həyatda bir-birinə dəstək olmaq, dövlətin və cəmiyyətinmaraqlarını şəxsi maraqlardan üstün tutmaq, ictimai məsuliyyət daşımaq və ümumiməqsədlər naminə fəaliyyət göstərmək deməkdir. Ailədə, təhsil müəssisələrində, əmək kollektivlərində və ictimai təşkilatlarda formalaşan qarşılıqlı etimadcəmiyyətin bütövlüyünü gücləndirir. Hər bir vətəndaşın hüquqlarına hörmətedildiyi, insanların bir-birinin fərqliliklərini qəbul etdiyi və ümumi dəyərlərətrafında birləşdiyi cəmiyyət daha güclü olur. Bu mənada Konstitusiya millibirliyimizin hüquqi çərçivəsini müəyyən edən mühüm sənəddir.
Azərbaycanın gələcək inkişafı da məhz milli birlik, ictimai həmrəylik vədövlətçilik prinsiplərinə sədaqət üzərində qurulur. Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət xalq-iqtidar birliyininmöhkəmləndirilməsinə, milli maraqların qorunmasına və cəmiyyətin bütüntəbəqələrinin inkişaf prosesində iştirakına yönəlmişdir. Bu gün hər bir azərbaycanlıdövlətimizin güclənməsinə öz əməli fəaliyyəti, vicdanlı əməyi və vətəndaşmövqeyi ilə töhfə verməlidir. 12 Noyabr – Konstitusiya Günü bizə bir dahaxatırladır ki, güclü dövlətin təməlində güclü xalq, güclü xalqın təməlində isə birlikvə həmrəylik dayanır.
Günel İsmayılova,
YAP Xəzər rayon təşkilatının fəalı



