AnalitikaGündəmSiyasət

Müasir şəhərsalma siyasətində Azərbaycan modeli

Müasir dövrdə şəhərsalma binaların və yolların inşası ilə məhdudlaşmayan, dövlətlərin iqtisadi gücünü, sosial rifahını, milli təhlükəsizliyini və mədəni kimliyini müəyyən edən mühüm strateji istiqamətlərdən birinə çevrilmişdir. XXI əsrin sürətləurbanizasiya olunan dünyasında şəhərlərin dayanıqlıinkişafı, ekoloji tarazlığın qorunması, insan yönümlüinfrastrukturun yaradılması tarixi-mədəni irsinmühafizəsi qlobal gündəliyin əsas prioritetlərisırasındadır. Belə bir dövrdə BMT-nin MəskunlaşmaProqramı çərçivəsində keçirilən ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü SessiyasınınAzərbaycanda, xüsusilə Bakı şəhərində təşkil olunmasıölkəmizin beynəlxalq nüfuzunun, artan siyasi çəkisinin şəhərsalma sahəsində qazandığı uğurların mühümgöstəricisi kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Forumun açılışmərasimində etdiyi geniş məzmunlu çıxış müasirurbanizasiya prosesinə dair mühüm strateji baxış idi. Dövlət başçısının çıxışında qədim irslə müasirliyinuzlaşdırılması, dayanıqlı inkişafın təmin olunması, postmünaqişə dövründə yenidənqurma siyasəti insan amilinin prioritetliyi kimi vacib məsələlər xüsusiyer tuturdu. Prezident İlham Əliyevin nitqi göstərdi ki, Azərbaycan şəhərsalmanı dövlətçilik ideologiyasının, milli inkişaf modelinin sosial rifah siyasətininmühüm tərkib hissəsi kimi qəbul edir. Forumun Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının nəticəsi idi. Sonillərdə ölkəmiz mühüm beynəlxalq tədbirlərinkeçirildiyi etibarlı platformaya çevrilmişdir. COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra ÜmumdünyaŞəhərsalma Forumunun da Azərbaycana həvaləolunması dünya birliyinin ölkəmizə olan yüksəketimadının göstəricisidir. Prezident İlham Əliyevinqeyd etdiyi kimi, 182 ölkədən 45 mindən artıqiştirakçının qeydiyyatdan keçməsi Forumun miqyasını əhəmiyyətini açıq şəkildə nümayiş etdirirdi.

Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğumühüm sivilizasiya mərkəzi olmuşdur. Bu xüsusiyyətölkəmizin memarlığında şəhərsalma ənənələrində aydın şəkildə öz əksini tapır. Bakı şəhəri buvəhdətin ən parlaq nümunəsidir. Bir tərəfdə minilliktarixə malik İçərişəhər, digər tərəfdə isə müasirmemarlıq üslubunda inşa edilmiş urbanistik layihələrAzərbaycanın qədimliklə yeniliyi uğurla birləşdirdiyinigöstərir. Bakının qədim qala divarlarından bir addımlıqməsafədə müasir şəhər infrastrukturu yerləşir buharmoniya şəhərsalma siyasətimizin əsas fəlsəfəsinitəşkil edir.

Dövlət başçısının çıxışında Bakı Bulvarınıngenişləndirilməsi xüsusi diqqət çəkirdi. Vaxtilə üçkilometrlik sahəni əhatə edən bulvarın bu gün 15 kilometrlik böyük dənizkənarı istirahət məkanınaçevrilməsi şəhərin planlı inkişafının stratejiyanaşmanın nəticəsidir. Eyni zamanda XIX əsr Avropamemarlıq üslubunda tikilmiş binaların qorunmasıAzərbaycanın tarixi irsə həssas münasibətini nümayişetdirir. Forum çərçivəsində Prezident İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli”nin elan olunması barədə fikirləri də xüsusi əhəmiyyət daşıyırdı. Bu qərarAzərbaycanda şəhərsalma məsələlərinin dövlətsiyasətinin prioritet istiqamətlərindən biri olduğunugöstərir. Şəhərlərin inkişafı, ekoloji təhlükəsizliyintəmin olunması, müasir nəqliyyat sistemlərininqurulması, ictimai məkanların genişləndirilməsi yaşıl zonaların artırılması dövlətin strateji hədəflərisırasında yer alır. Azərbaycanın qədim şəhərləri və tarixi memarlıq nümunələri Prezident İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ, Lahıc və Şuşa kimi şəhərlərin tarixindən danışan dövlət başçısı Azərbaycanın zəngin mədəni irsə malik olduğunu xüsusi vurğulayırdı.

Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesi xüsusi yer tuturdu. Ermənistanın 30 illik işğalı nəticəsindəAzərbaycan şəhərlərinin tamamilə dağıdıldığıbeynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. AğdamınQafqazın Xirosimasıadlandırılması işğalınmiqyasını törədilmiş vandalizmi açıq şəkildənümayiş etdirirdi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpaişləri ilə yanaşı, eyni zamanda, müasir dayanıqlışəhərsalma modelini formalaşdırır. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr müasir urbanizasiya prinsiplərinə əsaslanır. Yeni şəhər kəndlərin Baş planlarının hazırlanması, “ağıllışəhərağıllı kəndkonsepsiyalarının tətbiqi, yaşılenerji zonalarının yaradılması Azərbaycanın gələcəyəhesablanmış inkişaf modelindən xəbər verir. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, cəmi beş il ərzindəonlarla tunelin, yüzlərlə körpünün, beynəlxalq havalimanlarının, məktəblərin, xəstəxanaların digərmühüm infrastruktur obyektlərinin tikilməsiAzərbaycanın iqtisadi potensialını təşkilatiimkanlarını nümayiş etdirir.

Şəhərsalma prosesində ekoloji məsələlər Prezident İlham Əliyevin çıxışında mühüm yer tuturdu. Bakı şəhərinin uzun illər neft hasilatı səbəbindən ciddiekoloji problemlərlə üzləşdiyini bildirən dövlət başçısıson illərdə həyata keçirilən layihələrin ətraf mühitinqorunmasına xidmət etdiyini vurğulayırdı. Vaxtilə ağırsənaye tullantıları ilə çirklənmiş Qara şəhərin bu günmüasir şəhərə çevrilməsi urbanistiktransformasiyanın ən uğurlu nümunələrindən biridir.Şəhərsalmanın memarlıq və iqtisadi inkişaf məsələsi olmadığını, həm də insan rahatlığı və sosial rifah amili ilə bağlı olduğunu xüsusi qeyd edildi. Son 20 ildəBakıda yüzdən artıq parkın ictimai məkanınsalınması insanların həyat keyfiyyətininyüksəldilməsinə xidmət edir. Müasir ictimai nəqliyyatsistemi, elektrik avtobusları, metro şəbəkəsiningenişləndirilməsi mikromobillik imkanlarınınartırılması paytaxtın dayanıqlı inkişaf modelinəkeçidini göstərir.

Forum çərçivəsində Prezident İlham ƏliyevinFormula 1 yarışını şəhərsalma ilə müqayisə etməsiolduqca maraqlı siyasi-fəlsəfi yanaşma idi. Dövlətbaşçısı bildirdi ki, liderlər sürətli inkişafla tarixi irsinqorunması arasında düzgün balans qurmalıdırlar. Necəki, Formula 1 pilotları yüksək sürətlə hərəkət etdikdənsonra dar küçələrdə ehtiyatla idarəetmə həyatakeçirirlər, dövlət rəhbərləri modernləşmə ilə milli-mədəni irsin qorunması arasında tarazlığı təminetməlidirlər.

Ümumdünya Şəhərsalma Forumunun Bakıdakeçirilməsi Azərbaycanın beynəlxalq humanitar intellektual mərkəz kimi rolunu daha da gücləndirdi. Forum müxtəlif ölkələrdən gəlmiş ekspertlərin, memarların, urbanistlərin siyasətçilərin təcrübəmübadiləsi aparması üçün mühüm platforma oldu. Azərbaycanın burada təqdim etdiyi inkişaf modelipostmünaqişə dövründə şəhərsalma yenidənqurmasahəsində beynəlxalq nümunə kimi qiymətləndiriləbilər. Azərbaycanın şəhərsalma siyasətində milli kimlik və mədəni irsin qorunması xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, xalqımız musiqisi,poeziyası memarlıq irsi ilə fəxr edir. Tarixi abidələrin bərpası, qədim şəhərlərin qorunması və milli memarlıq ənənələrinin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Forumun keçirilməsi Azərbaycanın yumşaq güc siyasətinin də mühüm elementidir. Ölkəmiz beynəlxalqtədbirlərə ev sahibliyi etməklə özünün tolerantlıq, multikulturalizm sivilizasiyalararası dialoq məkanıolduğunu bir daha nümayiş etdirir. Bakı enerji iqtisadiyyat mərkəzi olmaqla bərabər beynəlxalqdiplomatiyanın, humanitar əməkdaşlığın qlobalideya mübadiləsinin vacib platformasına çevrilmişdir.Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan şəhərsalma siyasətində bu günü deyil, gələcək nəsilləri də düşünür. Tarixi irsin qorunması, yaşıl enerji layihələrinin genişləndirilməsi, insanyönümlü şəhər konsepsiyalarının tətbiqi sosialrifahın yüksəldilməsi gələcək inkişaf strategiyasınınəsas istiqamətləridir.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, urbanizasiya sahəsində qazandığı uğurların dövlətimizin strateji baxışının mühüm göstəricisinəçevrildi. Prezident İlham Əliyevin çıxışı isə müasirşəhərsalma ideyasının, milli inkişaf modelinin Azərbaycanın gələcək inkişaf strategiyasının dolğunifadəsi kimi tarixə düşdü. Bu Forum bir daha sübut etdiki, Azərbaycan dünyanın mühüm şəhərsalma inkişafmərkəzlərindən birinə çevrilməkdədir.

 

Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button