
Müasir medianın qarşıya qoyduğu ən vacib hədəflərdən biri cəmiyyətdə yalnız informasiya mübadiləsi aparmaq deyil, həm də müasir informasiya cəmiyyəti quruculuğunda yaxından və fəal iştirak etməkdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında xüsusi vurğulandığı kimi, Azərbaycan mətbuatı sosial ədalətin və şəffaflığın təmin edilməsində, demokratik özünüdərkin formalaşdırılmasında həlledici rol oynamalıdır.
Bu proseslərdə tədris və maarifləndirmə sahəsində fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda media, ictimaiyyəti ölkəmizdə baş verən pozitiv dəyişikliklər və Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan rolu barədə daha fəal şəkildə məlumatlandırmalıdır.
Milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq təbliğ edilməsi Azərbaycan mediasını qlobal informasiya məkanında cəmiyyətin tərəqqisinə xidmət edən ən mühüm institutlardan birinə çevirmişdir.
Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı


