Dövlətin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında güclü lider amilinin böyük rolu var
Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biri sayılır. Müasir dövrdə hər bir xalqın milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Bu prizmadan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Burada mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətləri ilə yanaşı, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olub. Dövlətin inkişaf etməsində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında liderin müstəsna rolu var. Məhz bu baxımdan Azərbaycanın şansı gətirib və cənab İlham Əliyev kimi fenomen bir lider Azərbaycana rəhbərlik etməkdədir.
Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. Onun liderlik qabliyyəti nəticəsində Azərbaycan üzləşdiyi probelmləri bir-bir həll edib. Yürütdüyü məqsədyönlü siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkə iqtisadiyyatı güclənib. Bununla paralel olaraq güclü ordu formalaşdırılıb. Azərbaycan ordusu qüdrətini, döyüş qabliyyətinin, döyüşə hazırlıq səviyyəsini, peşəkarlığını 2020-cilin payızında 44 günlük Vətən müharibəsi zamanı özünün bir daha dünyaya nümayiş etdirdi. Nəninki döyüş qabliyyətini nümayiş etdirdi, eyni zamanda müasir hərb tarixində yeniliklərə imza ataraq ənənəvi hərb taktikasını alt-üst etdi. Dünyanın ən gücül orduya malik dövlətləri belə Azərbaycanın bu taktikasını təqdir edib, öyrənməkdədir. Bütün bunlar ancaq və ancaq cənab Prezident İlham Əliyevin liderlik qabliyyəti və uzaqgörən siyasəti, qətiyyəti nəticəsində mümkün olub. Bu bir daha onda müasir dövrün liderlik qabliyyətinin olduğunu sübut edir.
Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilir və hörmət olunur. 44 günlük Vətən müharibəsindən sonra isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da möhkələnib və möhkəmlənməkədir. Bu gün Azərbaycan bölgədə və dünyada ciddi aktor ölkələrdən birinə çevrilib. Əminəm ki, cənab İlham Əliyevin rəhbəliyi altında Azərbaycan hələ çox uğurlara imza atacaq
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı