Analitika

“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil

Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi hələ də siyasi rəzilliyindən əl çəkmək istəmir.  Paşinyan  bu dövr ərzində bir-birini təkzib edən, biri digərini şübhə altına salan xeyli sayda yalan bəyanatlar verib. Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək «Laçın» sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi» ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Nikol Paşinyanı daha biabrçı vəziyyətə saldı: «Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır… «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər Prezident İlham Əliyev  isə bu iclasda N.Paşinyana yenə də əsl diplomatiya dərsi  verdi. Bildirdi ki, dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, «Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir». Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi. Bu geosiyas əhəmiyyət daşıyan tədbirdə də Prezident İlham Əliyev yerləşdiyimiz coğrafiyadan da yan keçməyən geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımız yüksək səviyyədə qorudu. Bu hadisə çox  qürurvericidir! Çünkui qalib Azərbaycanla, məğlub Ermənistanın qətiyyəti daha aydın şəkildə göründü.

Rəşad Ədilzadə,
Bakı Texniki Kollecin tələbəsi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button