
Ağdam 27 il erməni işğalı altında qaldı. Bu müddətdə Ağdamda saysız-hesabsızdağıntılar törədildi. Şəhərdəki bütün tikililər, yaşayış evləri, dövlət binaları, xəstəxanalar, kitabxanalar, məktəblər, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar dağıdıldı. Ağdamdatörədilmiş vəhşilik, talançılıq, barbarlıq, dağıntı və qarət xarici ekspertlərin, beynəlxalqjurnalistlərin də diqqətindən yayınmayıb. Hələ 2001-ci ildə Ağdama səfər edənbritaniyalı jurnalist Ağdamı Yaponiyanın 1945-ci ildə atom bombası atılmış Xirosimaşəhəri ilə müqayisə etmişdi.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdambir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizinəzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan SilahlıQüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kəndisə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən ermənihərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsindəazadlığına qovuşub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ənmöhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktikaişlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz buistiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yoldamüəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraqməhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttininAğdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarınıdavam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlarnəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu daErmənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanınyaranmasına səbəb olub. Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətininqarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnikasarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyikapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycanaqaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardantamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub vəorada bayrağımız ucaldılıb. Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birincixanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı AğdamdaAzərbaycanın üçrəngli bayrağını qaldırıb.
Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına vəyenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birincixanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çoxtədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



