
20 noyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın tarixi ədalətinbərpasına qovuşduğu əlamətdar gündür. 2020-ci il noyabrın 20-də Ağdam şəhəriErmənistanın işğalından azad edilərək Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm nəticələrindən biri oldu.
Ağdam uzun illər işğal altında saxlanıldığı dövrdə erməni vandalizminə məruzqalmış, şəhərin tarixi-mədəni irsi, yaşayış binaları, inzibati və sosial obyektləridağıdılmış, ərazi xarabalığa çevrilmişdir. Vaxtilə Azərbaycanın ən abad və inkişaf etmişşəhərlərindən biri olan Ağdam erməni vəhşiliyinin acı nəticələrini özündə əks etdirən birməkana çevrilmişdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyev Ağdamın gələcək taleyinə münasibətini belə ifadə etmişdir:
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpaedəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Ağdam qədim tarixi, zəngin mədəniyyəti və elmi-arxeoloji əhəmiyyəti ilə seçilənQarabağ bölgəsinin mühüm yaşayış məskənlərindən biridir. Ərazidə yerləşən qədimyaşayış məskənləri, tarixi abidələr, Şahbulaq qalası, Pənahəli xanın imarət kompleksi, Qiyaslı məscidi və digər tarixi nümunələr bölgənin zəngin keçmişindən xəbər verir. Ağdam həm də Qarabağ xanlığının tarixi ilə sıx bağlı olan mühüm mədəniyyətmərkəzlərindəndir.
İşğal dövründə şəhərin və rayonun ərazisində törədilmiş dağıntılar, dini və mədəniabidələrin məhv edilməsi beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobudşəkildə pozulmasının bariz nümunəsidir. Ağdamın dağıdılmış vəziyyəti Ermənistanıntörətdiyi müharibə cinayətlərini və vandalizmi əyani şəkildə nümayiş etdirir.
Bu gün isə Ağdamda həyat yenidən canlanır. Şəhərin gələcək inkişafı “Ağdamşəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” əsasında həyata keçirilir. Baş plandamüasir yaşayış məhəllələrinin, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin, parkların, ictimai məkanların və nəqliyyat infrastrukturunun yaradılması nəzərdə tutulur. Məqsəd Ağdamı müasir memarlıq üslubuna, rahat yaşayış mühitinə və dayanıqlı inkişafprinsiplərinə əsaslanan şəhərə çevirməkdir.
Ağdamın yenidən qurulması istiqamətində həyata keçirilən mühüm layihələrdənbiri də Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Bu nəqliyyat infrastrukturuşəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin gücləndirilməsinə, sakinlərin rahat gediş-gəlişinə və iqtisadi inkişafına mühüm töhfə verəcək.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərlərişəhərin bərpası və quruculuq prosesinin sürətlənməsində mühüm rol oynayır.
28 may 2021-ci il tarixində Prezident İlham Əliyevin Ağdama səfəri zamanı şəhərinyenidən qurulması istiqamətində bir sıra mühüm layihələrin təməli qoyulmuşdur. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, yeni yaşayış binasının, Ağdamşəhər 1 nömrəli məktəbinin yeni binasının, Zəfər muzeyinin və açıq hava altında İşğalmuzeyinin təməlqoyma mərasimləri keçirilmişdir. Həmçinin şəhər meşə-parkındaağacəkmə mərasimi təşkil edilmiş, Pənahəli xanın imarət kompleksi, Qiyaslı məscidi vəŞahbulaq qalası ilə tanışlıq olmuşdur.
24 dekabr 2023-cü il tarixində dövlət başçısının Ağdama növbəti səfəriçərçivəsində 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı keçirilmiş, şəhərdə dördüncü və beşinci yaşayış komplekslərinin, Mərkəzi parkın təməliqoyulmuşdur. Eyni zamanda, “İmarət” Kompleksində aparılan bərpa işləri ilə tanışlıqolmuş, Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlqoyma mərasimlərikeçirilmişdir. Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilmiş, Bərdə-Ağdam avtomobil yolunun açılışı olmuşdur.
18 fevral 2025-ci il tarixində Prezident İlham Əliyevin Ağdama səfəri zamanıAğdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı baştutmuşdur. Dövlət başçısı, həmçinin “Hilton Garden Inn” hotelində, Ağdam MuğamMərkəzində, “Ağdam Residence” yaşayış kompleksində, şəhərin ikinci yaşayışkompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında və 1 nömrəli tam orta məktəbdəaparılan tikinti işləri ilə tanış olmuşdur.
18 iyul 2025-ci il tarixində Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalımüəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin və 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı keçirilmişdir. Həmçinin Qiyaslı kəndində yerləşən tarixi məscidinbərpadan sonra açılışı olmuşdur.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanıniqtisadi qüdrətinin, dövlətimizin iradəsinin və xalqımızın doğma torpaqlarına bağlılığınıntəcəssümüdür. Bir zamanlar xarabalığa çevrilmiş şəhərimiz müasir yaşayışkompleksləri, təhsil müəssisələri, sənaye obyektləri, parklar və yeni yollarla yenidənqurulur.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının deyil, həmdə milli birliyimizin, tarixi ədalətin və böyük qayıdışın rəmzidir.
Ağdam yenidən qurulur, Ağdamda həyat qayıdır!
Ağdamın hər küçəsində, hər məhəlləsində quruculuq və dirçəlişin izləri görünür. Bu dirçəliş Azərbaycanın Zəfər salnaməsinin davamı, gələcək nəsillərə ötürülən qürurvə iftixar tarixidir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



