AnalitikaGündəmSiyasət

Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi aqrar sektorun ölkənin sosial-iqtisadi inkişaf gündəliyində strateji mövqeyini bir daha göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, müşavirədə verilən əsas mesajlardan biri aqrar sektorun inkişafında “kəmiyyət artımı” mərhələsindən “keyfiyyət və məhsuldarlıq artımı” mərhələsinə keçidin zəruriliyidir. Onun sözlərinə görə, son 20 ildə regionlarda həyata keçirilmiş infrastruktur layihələri kənd təsərrüfatı üçün mühüm baza formalaşdırıb. Qazlaşma, elektrik təchizatı, avtomobil yolları, su anbarları və kanalların inşası kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsinə, fermerlərin istehsal imkanlarının artmasına və regionlarda məşğulluğun dəstəklənməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsi aqrar sektorun inkişafında yeni keyfiyyət mərhələsinə keçidin siyasi və iqtisadi əsaslarını ortaya qoyub. Müşavirədə qeyd olunan yeni Dövlət Proqramı da məhz bu keçidin praktiki çərçivəsini formalaşdırmağa yönəlib. Proqramın qısamüddətli, konkret və investisiya əsaslı olması, həm dövlət vəsaitlərini, həm də özəl sektorun fəal iştirakını nəzərdə tutması qarşıdakı dövrdə aqrar siyasətin daha nəticəyönümlü icrasına imkan verə bilər.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button