AnalitikaGündəmSiyasət

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar

May ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı mətbuata bəyanatında bildirib ki, ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Bu günki səfər bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Bu gün İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlməsi bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

Ölkəmizin Prezidenti vurğulayıb ki, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button