GündəmSosial

BDU-da “Xilaskarlıq missiyasından müasir dövlət quruculuğuna uzanan şərəfli yol” mövzusunda tədbir keçirilib

Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin Kimya fakültəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətiləXilaskarlıq missiyasından müasir dövlət quruculuğuna uzanan şərəfli yol mövzusunda tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı Fuad Kərimli, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi üzrə partiya fəalları, Kimya fakültəsinin müəllim-professor heyəti və tələbələr iştirak edib.

 Bakı Dövlət Universitetinin Kimya fakültəsində baş tutuan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki,Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı kimi tarixə qızıl hərflərlə həkk olunmuş dahi şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm və sarsılmaz təməl üzərində qurulmuşdur. Müstəqilliyin ilk illərində yaranmış siyasi və iqtisadi böhran məhz onun qətiyyətli liderliyi sayəsində aradan qaldırılmışdır. Dövlət idarəçiliyində peşəkarlıq və milli maraqlara sədaqət prinsipləri əsas istiqamətə çevrilmişdir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının təməli onun həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Neft strategiyası ölkənin iqtisadi müstəqilliyini təmin edən mühüm amil olmuşdur. Hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar sabitliyin əsasını möhkəmləndirmişdir. Bu siyasi kurs bu gün Prezident, partiyamızın Sədri cənabİlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlər qazanaraq ərazi bütövlüyünü tam bərpa etmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yol və Prezident İlham Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın bugünkü qüdrətinin əsasını təşkil edir.

Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Çıxışına davam edən B.Nəbiyev qeyd edib ki, Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri, Prezident cənabİlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də lokal xarakterli antiterror tədbirlərində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi, suverenliyimizin tam bərpası və bundan doğan regionda yaranan reallıqlardır.

Sonda çıxış edən Bakı Dövlət Universiteti Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

 

Tədbirin sonunda yeni üzvlərə Partiya vəsiqələri təqdim edilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib .

 

Oxşar Xəbərlər

Back to top button