AnalitikaDünyaGündəm

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu baş tutub. Tədbir ölkənin iqtisadi həyatında və xarici sərmayələrin cəlb olunmasında mühüm hadisəyə çevrilib.

Forumda dünyanın nüfuzlu maliyyə qurumlarının, investorların və aparıcı şirkətlərin nümayəndələri təmsil olunublar. Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın son illərdə qazandığı iqtisadi nailiyyətlərdən, xüsusilə qeyri-neft sektorunun inkişafından və ölkənin maliyyə sabitliyindən geniş şəkildə danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanda xarici sərmayədarlar üçün etibarlı və əlverişli biznes mühiti mövcuddur.

Müzakirələr zamanı əsas diqqət ölkənin gələcək iqtisadi prioritetlərinə yönəldilib. Bunların sırasında yaşıl enerjiyə keçid, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa layihələri xüsusi yer tutub. Prezident qeyd edib ki, Azərbaycanın bu sahədə malik olduğu nəhəng potensial xarici investorlar üçün cəlbedici imkanlar açır.

Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək və yeni layihələr reallaşdırmaq məqsədilə mühüm sənədlər və sazişlər imzalanıb. Bu cür tədbirlər ölkəmizin beynəlxalq iqtisadi əlaqələrini daha da genişləndirməyə və yeni investisiya axını təmin etməyə xidmət edir.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button