GündəmSiyasət

Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilir.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, beynəlxalq konfransda Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr iştirak edirlər.

Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar.

Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıb.

Beynəlxalq tədbirdə beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və digər mütəxəssislər də iştirak edirlər.

Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin müstəmləkəçilik irsinin müasir dövrdəki təsirləri, neokolonializm, beynəlxalq hüquq çərçivəsində tarixi ədalətin təmin olunması və reparasiya mexanizmlərinin tətbiqi istiqamətində mümkün addımlar ətrafında fikir mübadiləsi aparılır.

Oxşar Xəbərlər

Back to top button