
2026-cı il mayın 4-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”ninVIII Zirvə toplantısında videobağlantı formatındaçıxış edərək həm Azərbaycanın beynəlxalqnüfuzunu, həm də regionda formalaşan yeni siyasireallıqları bir daha dünya ictimaiyyətinin diqqətinəçatdırdı. Prezident İlham Əliyevin çıxışı təkcəAzərbaycanın diplomatik mövqeyinin təqdimatıdeyil, eyni zamanda Cənubi Qafqazda davamlısülhün mümkünlüyünü göstərən mühüm siyasimesaj kimi yadda qaldı.
Dünyanın siyasi gündəminin sürətlə dəyişdiyi, geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycanınbeynəlxalq platformalarda nümayiş etdirdiyi balanslıvə prinsipial siyasət ölkəmizin etibarlı tərəfdaş imicinidaha da möhkəmləndirir. Prezident İlham Əliyevinçıxışı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın həm Avropa iləmünasibətlərdə konstruktiv tərəfdaş olduğunu, həm dəregionda sabitlik və əməkdaşlıq mühitinin yaradılmasıistiqamətində ardıcıl addımlar atdığını açıq şəkildənümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “AvropaSiyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildəAzərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulolunması ölkəmizə göstərilən böyük etimadınnəticəsidir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətoldu ki, Ermənistan da Azərbaycanın namizədliyinidəstəkləmişdir. Bu fakt dövlət başçısının vurğuladığıkimi, Azərbaycan ilə Ermənistan arasında sülhün realolmasının mühüm göstəricilərindən biridir. Uzun illərdavam edən münaqişə və qarşıdurmadan sonra bu cürsiyasi dəstəyin nümayiş etdirilməsi regionda yenimünasibətlər sisteminin formalaşdığını göstərir.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, PrezidentAntonio Koşta və Avropa Komissiyasının PrezidentiUrsula Fon der Lyayen ilə keçirilən görüşlər zamanıqarşılıqlı anlaşma və balanslı yanaşma prinsipləri əsasgötürülmüşdür. Dövlət başçısının qeyd etdiyi kimi, biril əvvəl Tiranada keçirilən görüş zamanı Ermənistanın2026-cı il Zirvə toplantısına ev sahibliyi etməsiideyasına Azərbaycan tərəfindən dəstək verilmişdir. Bunun qarşılığında isə növbəti Zirvə görüşlərindənbirinin Azərbaycanda keçirilməsi təklif olunmuş və butəşəbbüs qəbul edilmişdir.
Bu məqam Azərbaycanın beynəlxalq münasibətlərsistemində konstruktiv və praqmatik siyasət həyatakeçirdiyini bir daha sübut edir. Azərbaycan heç vaxtregionda qarşıdurmanın davam etməsində maraqlıolmayıb. Əksinə, ölkəmiz daim əməkdaşlıq, qarşılıqlıhörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslananmünasibətlərin tərəfdarı kimi çıxış edib. Ermənistanında Azərbaycanın namizədliyini dəstəkləməsi göstərirki, region dövlətləri artıq yeni siyasi mərhələninvacibliyini anlayırlar.
Prezident İlham Əliyevin “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikriisə çıxışın ən mühüm mesajlarından biri oldu. Bu ifadəhəm bölgədə yaranmış yeni reallığın mahiyyətiniaçıqlayır, həm də gələcək üçün ciddi ümidlərformalaşdırır. Azərbaycan 44 günlük Vətənmüharibəsindən sonra regionda yeni siyasi və hüquqireallıq yaradıb. Ərazi bütövlüyünü və suverenliyinitam təmin edən Azərbaycan indi regionun inkişafı, kommunikasiyaların açılması və uzunmüddətli sülhüntəmin olunması istiqamətində mühüm təşəbbüslərləçıxış edir.
Müasir dövrdə beynəlxalq münasibətlər sistemindəetibarlı tərəfdaş olmaq olduqca mühüm amildir. Azərbaycan son illərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, multikulturalizm siyasəti vəbeynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı iləözünü etibarlı dövlət kimi təsdiq edib. “Avropa SiyasiBirliyi” kimi nüfuzlu platformanın Zirvə görüşünün2028-ci ildə Azərbaycanda keçirilməsi qərarı da məhzbu etimadın göstəricisidir.
Azərbaycan Avropa ilə münasibətlərdə qarşılıqlımaraqlara əsaslanan siyasət həyata keçirir. Enerjitəhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusiləartıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəverən ölkəmiz eyni zamanda nəqliyyat vəkommunikasiya layihələri ilə Şərq ilə Qərb arasındastrateji körpü rolunu oynayır. Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətnəticəsində Azərbaycan beynəlxalq təşkilatlarçərçivəsində də böyük nüfuz qazanıb.
“Avropa Siyasi Birliyi” platforması Avropa qitəsindəsiyasi dialoqun və əməkdaşlığın genişləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanınbu platformada fəal iştirakı ölkəmizin Avropa iləmünasibətlərə verdiyi önəmi nümayiş etdirir. Eynizamanda, Azərbaycanın ev sahibliyi edəcəyi 2028-ci ilZirvə görüşü ölkəmizin beynəlxalq tədbirlərin yüksəksəviyyədə təşkilində malik olduğu təcrübəni də ortayaqoyacaq.
Azərbaycan indiyədək bir sıra mühüm beynəlxalqtədbirlərə uğurla ev sahibliyi edib. Bakı artıqbeynəlxalq konfransların, siyasi forumların və qlobalmüzakirələrin keçirildiyi mühüm mərkəzlərdən birinəçevrilib. Bu baxımdan “Avropa Siyasi Birliyi”nin Zirvətoplantısının Azərbaycanda keçirilməsi ölkəmizinbeynəlxalq imicinə və diplomatik mövqeyinə əlavətöhfə verəcək.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsasməqamlardan biri də sülh prosesinə verilən siyasiqiymət oldu. Dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyintəmin olunmasında maraqlıdır. ErmənistanınAzərbaycanın namizədliyini dəstəkləməsi isə qarşılıqlıetimadın müəyyən səviyyədə formalaşmağa başladığınıgöstərir. Bu, gələcəkdə regionda daha genişəməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradabilər.
Bu gün Azərbaycan qalib dövlət kimi yalnız hərbideyil, siyasi və diplomatik müstəvidə də mühümuğurlara imza atır. Prezident İlham Əliyevinbeynəlxalq platformalarda nümayiş etdirdiyi qətiyyətlimövqe Azərbaycanın milli maraqlarının uğurlamüdafiə olunmasını təmin edir. Dövlət başçısınınhəyata keçirdiyi uzaqgörən siyasət nəticəsindəAzərbaycan regionun aparıcı siyasi və iqtisadi gücmərkəzinə çevrilib. Prezident İlham Əliyevin “AvropaSiyasi Birliyi”nin VIII Zirvə toplantısındakı çıxışıAzərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, regionda yeni siyasi münasibətlər sistemininformalaşdığını və sülh üçün real imkanlarınyarandığını bir daha nümayiş etdirdi. 2028-ci ildəAzərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsiölkəmizin artan beynəlxalq nüfuzunun, uğurludiplomatiyasının və Prezident İlham Əliyevin həyatakeçirdiyi məqsədyönlü siyasətin parlaq nəticəsidir.
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri



