Analitika

Azərbaycanda son illərin ən böyük enerji layihələri həyata keçirilir

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilmişdir. Mingəçevir nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaqdır.
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur.
Məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılmışdır. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi
44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha təsdiqləndi. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi.
Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.

Həmçinin yeni elektrik stansiyasının inşasında İtaliya şirkətinin iştirakını bu ölkə ilə Azərbaycan arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha bir təzahürü olduğunu vurğulayaraq bunları deyib: “Xəbər verildiyi kimi, Mingəçevirdə inşa ediləcək elektrik stansiyasının tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcəklər. Möhtərəm dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin getdikcə daha da möhkəmləndiyindən və dinamik inkişaf etdiyindən xəbər verir. Təsadüfi deyil ki, “Gülüstan” sarayında keçirilən mötəbər tədbirdə iştirak edən İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso da öz çıxışında Azərbaycana bu gəlişinin ölkələrimiz arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulamışdır. Qeyd edək ki, Adolfo Urso artıq İtaliyanın üçüncü naziridir ki, Bakıya səfər edir. Bundan əvvəl müdafiə naziri və energetika naziri ölkəmizdə olublar. Bu da əlbəttə ki, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir. Aydındır ki, enerji sahəsi bundan sonra da strateji mövzu olaraq qalacaq və İtaliya Azərbaycanın bərpaolunan enerjiyə keçid prosesində də iştirak etmək istəyini artıq bəyan edib və gələcək illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacağını vurğulayıb.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button