Azərbaycana qarşı illərdir tətbiq edilən bu ekoterrorizm xalq tərəfindən qəbuledilməzdir
Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi işğalçılıq, terrorçuluq, o cümlədən ekoterrorizm siyasəti torpaqlarımızın azad edilməsinə baxmayaraq hələ də davam edir. İllərdir ermənilərin Azərbaycana qarşı tətbiq etdiyi bu ekoterror hələ ki, Azərbaycan dövlətinin beynəlxalq aləmə etdiyi çağırışlar nəticə verməyib. Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi Azərbaycan dövləti və xalqı tərəfindən qəbuledilməzdir. İşğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyət məlumatlandırılıb ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Qarabağ müharibəsindən əvvəl və sonra baş verənlər bunu deməyimiz üçün əsasdır. Müqavilə nəticəsində işğal olunmuş əraziləri tərk etmək məcburiyyətində qalan ermənilərin tərk etdikləri yerləri yandırıb dağıtmaqları artıq onların ən pik həddə olan terror hərəkətləri kimi qəbul edilməlidir. Mənə aid olmayan heç kimə qalmayacağını düşünüb son anda meşələri yandıran bu zehniyyət əslində “o torpaqların onların olmadığını” sübut edir. Azərbaycana qarşı illərdir tətbiq edilən bu ekoterrorizm son zamanlar sürətlə davam edir. Ancaq yandırılmış, külə dönmüş torpaq və meşələr, dağıdılmış abidələr, mədəniyyət ocaqları, qurumuş və zəhərlənmiş çaylar indi öz sahiblərinə qovuşacaqdır. Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyası davam edir. Qeyd etməkdir lazımdır ki, Azərbaycan fəallarının keçirdiyi sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Aksiyaların məramının bəlli olmasına baxmayaraq bir sıra erməni mənbələri onun əsas məramı barədə ünya ictimaiyyətinə yalan məlumat verirlər. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir. Bu gün artıq Azərbaycanın apardığı ideoloji iş erməni təbliğatını üstələyir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı