AnalitikaGündəmSiyasət

Türk dünyasının mənəvi körpüləri: Nizami və Nəvai irsinin birləşdirdiyi xalqlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında duran mühüm vəzifələri, təşkilatın beynəlxalq münasibətlər sistemində artan rolunu və üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdırdı.

Sentyabrın 17-də Bakıda keçirilən görüşdədövlətimizin başçısı Türk Dövlətləri Təşkilatınınpotensialından maksimum istifadə edilməsinin, beynəlxalq arenadakı mövqeyinin daha damöhkəmləndirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, türk dövlətlərinibirləşdirən amillər yalnız siyasi iqtisadi maraqlardanibarət deyil. Bu birliyin daha dərin möhkəm təməlivardır: ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər əsrlər boyu formalaşmış qardaşlıq bağları.

Bu baxımdan Nizami Gəncəvi Əlişir Nəvai irsinəxüsusi yer verilməsi böyük məna daşıyır. Çünki Türkdünyasının birliyini yalnız siyasi iqtisadiəməkdaşlıqda deyil, onu əsrlər boyu yaşadan mənəviyaddaşda da axtarmaq lazımdır.

 

Türk dünyasının gücü: ortaq tarixdən ortaq gələcəyə

 

Türk Dövlətləri Təşkilatı geniş coğrafiyanı əhatə edən, böyük siyasi, iqtisadi və humanitar potensiala malik bir təşkilat kimi fəaliyyət göstərir. Üzv müşahidəçiölkələr arasında müxtəlif istiqamətlərdə əlaqələrininkişaf etdirilməsi Türk dünyasının qarşılıqlı fəaliyyətimkanlarını genişləndirir.

Prezident İlham Əliyevin çıxışında təhlükəsizlikməsələlərinin ümumi əməkdaşlıq müstəvisindənəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanır. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşləriregional qlobal təhdidlərə qarşı birgə yanaşmalarınformalaşdırılması baxımından mühüm mexanizm kimiqiymətləndirilir.

Lakin Türk dünyasının gücü yalnız siyasi təhlükəsizlik əməkdaşlığı ilə ölçülmür. Bu birliyinmühüm dayaqlarından biri xalqları bir-birinə bağlayanortaq mədəni mənəvi irsdir.

Nizami Gəncəvi XII əsrdə Gəncədə yaşamış böyükAzərbaycan şairi mütəfəkkiri, Əlişir Nəvai isə XV əsrdə Mərkəzi Asiyada yetişmiş böyük özbək şairi mütəfəkkiridir. Onları əsrlər ayırsa da, yaradıcılıqlarıarasında dərin ədəbi mənəvi bağlılıq mövcuddur.

Nizaminin yaratdığı ədəbi-fəlsəfi ənənənin Şərqədəbiyyatına təsiri geniş olmuş, Əlişir Nəvai isə buböyük ənənəni türk dilində yeni zirvəyə yüksəltmişdir. Nizaminin əsərlərində elm, ədalət, mənəviyyat kamillik ideyaları, Nəvai yaradıcılığında isə türkdilinin ədəbiyyatının qüdrəti ön plana çıxır. Bubaxımdan onların irsi Azərbaycan Özbəkistanxalqları arasında əsrlərdən gələn mədəni yaxınlığınmühüm ifadəsidir.

Ortaq irsin gələcəyi: gənclər və yeni nəsillər

 

Türk dünyasının gələcəyi onun gənclərindən asılıdır. Buna görə Prezident İlham Əliyevin çıxışında gənclərtəşkilatlarının qarşılıqlı fəaliyyətinin daha dagenişləndirilməsinin vacibliyinə diqqət yetirilməsixüsusi əhəmiyyət daşıyır.

Gənc nəsil yalnız bugünkü əməkdaşlığın iştirakçısıdeyil, sabah bu əlaqələri davam etdirəcək əsasqüvvədir. Bu baxımdan ortaq mədəni irsin gənclərəçatdırılması mühüm vəzifələrdən biridir.

Azərbaycan Özbəkistanın son illərdə təhsil mədəniyyət sahəsində həyata keçirdiyi layihələr buistiqamətdə mühüm nümunələr yaradır. 2026-cı ilinavqustunda Daşkənddə Nizami Gəncəvi adına MilliPedaqoji Universitetin yeni binasının açılışındaAzərbaycan Özbəkistan prezidentlərinin iştirakı daNizami irsinin müasir təhsil gənclər müstəvisindəyaşadılmasının nümunələrindən biridir.

Bu mənada Nizaminin adı yalnız keçmişi xatırladantarixi bir ad deyil. O, bu gün AzərbaycanlaÖzbəkistan arasında elmi, ədəbi mədəniəməkdaşlığın inkişafına xidmət edən canlı mənəvidəyərdir.

Gənclərin Nizami Nəvai yaradıcılığı ilə yaxındantanış olması iki xalqın bir-birini daha dərindəntanımasına, ortaq dəyərlərin isə gələcək nəsillərəötürülməsinə imkan yaradır.

BakıDaşkənd: iki abidənin yaratdığı mənəvi körpü

 

Prezident İlham Əliyevin çıxışında Bakıda ƏlişirNəvainin, Daşkənddə isə Nizami Gəncəvininabidələrinin ucaldılmasının xatırladılması Türkdünyasının mənəvi birliyini ifadə edən mühümməqamlardandır.

Bakının mərkəzində Əlişir Nəvainin abidəsininucaldılması Azərbaycan xalqının böyük özbək şairinəehtiramının, Daşkənddə Nizami Gəncəvinin abidəsininucaldılması isə özbək xalqının Azərbaycanın böyükşairinə hörmətinin ifadəsidir.

Bu abidələrə yalnız heykəltəraşlıq nümunələri kimibaxmaq kifayət deyil. Onlar iki xalqın bir-birininmədəni irsinə verdiyi dəyərin şəhər məkanındakıifadəsidir. Bakıda Nəvai, Daşkənddə Nizami buabidələr iki paytaxt arasında yalnız daşdan deyil, ortaqtarixdən, mədəni yaddaşdan mənəvi bağlılıqdanqurulan görünməz bir mənəvi körpüyə çevrilir.

Bu qarşılıqlı ehtiramın dövlətlərarası münasibətlərdə dərin kökləri var. 2010-cu ildə Azərbaycan Özbəkistan prezidentlərinin iştirakı ilə NizamiGəncəvinin Daşkənddəki abidəsinin açılışı keçirilib. Bu hadisə iki ölkə arasında tarixi mədəni əlaqələrinmühüm göstəricilərindən biri olub.

Bu gün həmin ənənə yeni məzmunla davam edir. Daşkənddə Nizami Gəncəvi adına Milli PedaqojiUniversitetin fəaliyyət göstərməsi Nizami irsinintəhsil elmi müstəvidə öyrənilməsiAzərbaycanÖzbəkistan münasibətlərinin humanitaristiqamətinin inkişafını nümayiş etdirir.

Beləliklə, Nizami ilə Nəvai arasındakı ədəbi bağ yalnızkeçmişin səhifələrində qalmır. O, bu günuniversitetlərdə, elmi araşdırmalarda, mədənilayihələrdə gənc nəslin yaddaşında yaşamaqdadavam edir.

Bəlkə buna görə biri Bakıda dayanaraq Daşkəndəbaxır, digəri Daşkənddə dayanaraq Bakıya.

Onların baxışında iki şəhərdən daha böyük bir məkangörünürortaq Türk tarixinə, mədəniyyətinə mənəvi dəyərlərinə söykənən iki qardaş xalqın yaddaşı.

Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, dünyayenilənir. Lakin Nizaminin sözü ilə Nəvainin sözüarasında yaranmış mənəvi bağ öz qüvvəsini qoruyur. Çünki xalqları bir-birinə bağlayan ən möhkəm körpülərsiyasi sərhədlərdən deyil, ortaq dəyərlərdən, yaddaşdan mədəniyyətdən qurulur.

Bakıda Nəvai, Daşkənddə Nizami dayanır. Onlarınarasında isə əsrlərin sükutunu yararaq iki qardaş xalqıneyni yaddaşı danışır.

Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə
Təhsil İdarəsi ilk Partiya Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button