AnalitikaGündəmSiyasət

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Beynəlxalq münasibətlər sistemində siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı müasir dövrdə dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu şəraitdə Azərbaycan Respublikası xarici siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq beynəlxalq tərəfdaşlıq əlaqələrini daha geniş coğrafiyada inkişaf etdirir, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına və mövcud əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verir. Bu kontekstdə Asiya-Sakit okean regionu, xüsusilə də sürətli iqtisadi inkişafı, artan beynəlxalq nüfuzu və regional proseslərdə yüksələn rolu ilə seçilən Vyetnam Sosialist Respublikası ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə həm Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixinin xatırladılması baxımından, həm də ikitərəfli münasibətlərin şəbəkəsinin coğrafiyası, əlaqələrin istiqamətləri, perspektivləri haqqında ətraflı bilgi kimi qəbul edildi. Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi də minnətdarlıqla xatırladıb. Eyni zamanda, Azərbaycanın Vyetnamda təbii fəlakətlərdən zərər çəkmiş əhaliyə göstərdiyi humanitar yardım iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və həmrəyliyə əsaslandığını nümayiş etdirir.Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin zəngin tarixi ənənələrə söykəndiyini və gələcək üçün geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ölkəyə səfəri öncəsi 2026-cı il noyabrın19-da Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Cənab Prezidentin  səsləndirdiyi fikirlərdən aydın olur ki, Bakı ilə Hanoy arasındakı münasibətlər artıq ənənəvi dostluq və diplomatik təmaslar çərçivəsini aşaraq, qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Vyetnam ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Azərbaycan dünya dövlətlərinin səmimi ehtiramı ilə əhatələnmiş bir dövlətdir. İkitərəfli əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə təsdiqlədi ki, bu əlaqələr inama söykənir, etimada söykənir, dayanıqlıdır. Vyetnam bu əlaqələri Azərbaycan kimi tərəfdaşla daha da genişləndirəcəkdir.

Mübariz Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button