AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Özbəkistan xalqları qardaşlıq prinsiplərinə tam əsaslanaraq ortaq gələcək qururlar

.Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır.

Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir. Prezident İlham Əliyev ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikasını yüksək qiymətləndirib. Füzulidə ‘Dostluq bağı’nın salınması, ‘Chevrolet’ və ‘Isuzu’ avtomobillərinin birgə istehsalı kimi addımlar ikitərəfli iqtisadi layihələrin nə qədər uğurlu olduğunu təsdiqləyir.

Nəqliyyat və logistika imkanları barədə fikirlərini bölüşən Prezident İlham Əliyev ÇinQırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasına diqqət çəkib. Eyni zamanda, ‘Yaşıl Dəhliz Birliyi’nin yaradılması bərpaolunan enerjinin Xəzər vasitəsilə ixracı üçün böyük üfüqlər açır.Xalqlarımız arasındakı qardaşlaşmış şəhərlər ənənəsi (Şuşa-Xivə, Bakı-Daşkənd) ortaq irsimizin bariz qorunmasıdır. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda qorunan bu sarsılmaz vəhdət Avrasiyada əsas sabitlik mənbəyidir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button