AnalitikaGündəmSiyasət

Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər

Mən bir müəllim olaraq şagirdlərimə daim ölkəmizin beynəlxalq əlaqələri haqqında düzgün və dolğun məlumat verməyə çalışıram. Hesab edirəm ki, gənc nəslin dünyagörüşünün formalaşmasında dövlətlərarası münasibətlərin öyrənilməsi mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərin araşdırılması xüsusi əhəmiyyətkəsb edir.Müasir dünyada dövlətlər arasında qurulanmünasibətlər onların inkişafında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Son illərdə bu münasibətlər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq formalaşmışdır. Xüsusilə, 2026-cı ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının sədri Corcia Meloni ilə görüşü və səfər zamanı verilən bəyanatlar iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu bir dahagöstərmişdir.

Azərbaycan İtaliya arasında münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsiplərinə əsaslanır. 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə vermişdir. Bu sənədlər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçünmöhkəm hüquqi baza yaratmışdır.İqtisadi sahədəəməkdaşlıq xüsusilə diqqətəlayiqdir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. Enerji sahəsi bu əməkdaşlığın aparıcı istiqamətini təşkil edir. Azərbaycan zəngin enerji resurslarına malik ölkə kimi İtaliyaya neft və qaz ixrac edir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, İtaliya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən tikinti, sənaye və infrastruktur layihələrində fəal iştirak edir ölkənin iqtisadi inkişafına öz töhfələriniverirlər.Təhsil sahəsində əməkdaşlıq da son illərdə daha da genişlənmişdir.

2026-cı ildə ADA Universitetinin nəzdində İtaliya–Azərbaycan Universitetinin yaradılması bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu ali təhsil müəssisəsi iki ölkə arasında elmi və akademik əlaqələrin güclənməsinə, tələbələrin yüksək səviyyədə təhsil almasına və beynəlxalq təcrübə qazanmasına imkan yaradacaqdır. Eyni zamanda, bu təşəbbüs gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və gələcək əməkdaşlıqüçün yeni imkanların yaranmasına şərait yaradır.Mədəni humanitar sahədə əməkdaşlıq uğurla davam edir. İki ölkə arasında keçirilən müxtəlif mədəni tədbirlər, sərgilər, festivallar və layihələr xalqların bir-birini daha yaxından tanımasına kömək edir. Bu isə öz növbəsində qarşılıqlıhörmət anlayışın güclənməsinə səbəb olur.Siyasi sahədəisə Azərbaycan İtaliya beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qlobal və regional məsələlərin həllində bir-birini dəstəkləyirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər bu münasibətlərin davamlı və sabit xarakter daşıdığını bir daha təsdiq edir.

Ümumiyyətlə Azərbaycan İtaliya arasında mövcud olan bu əməkdaşlıq gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır. Şagirdlərimizin bu cür mövzularla tanış olması onların dünyagörüşünü genişləndirir, beynəlxalq münasibətlərə marağını artırır və vətənpərvər ruhda formalaşmasına kömək edir. İnanıram ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək və yeni uğurlara imzaatacaqdır. 

Məmmədova Gülnar,
YAP  Xətai rayon təşkilatının fəalı
Xətai rayonu 24 saylı ümumtəhsil orta məktəbinİnformatika müəllimi

 

Oxşar Xəbərlər

Back to top button