
Bu sənəd dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyir, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edir.
Konstitusiyada insan ləyaqətinin qorunması, şəxsi toxunulmazlıq, vicdan, söz və fikir azadlığı, təhsil almaq, işləmək, istirahət etmək və sosial müdafiə hüquqları təsbit edilmişdir. Bu hüquqlar demokratik cəmiyyətin formalaşması və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Hüquqi dövlətin əsas göstəricilərindən biri qanunun aliliyinin təmin edilməsidir. Qanun qarşısında hamının bərabər olması, vətəndaşların hüquqlarının müdafiəsi və dövlət orqanlarının fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi Konstitusiyanın əsas prinsiplərindəndir.
Azərbaycan Respublikasında həyata keçirilən hüquqi və institusional islahatlar Konstitusiyanın müəyyən etdiyi prinsiplərin daha səmərəli tətbiqinə xidmət edir. Dövlətin əsas məqsədlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması və insan hüquqlarının etibarlı müdafiəsidir.
Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də cəmiyyətin mənəvi və ictimai həyatında mühüm rol oynayan dövlətçilik dəyəridir. Hər bir vətəndaşın Konstitusiyanı bilməsi, hüquqlarını tanıması və vəzifələrini məsuliyyətlə yerinə yetirməsi güclü dövlətin formalaşmasına töhfə verir.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



