
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il 4 may tarixində Ermənistanın paytaxtı İrəvandakeçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısı-nın8-ci iclasında videobağlantı formatında çıxışetmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev çıxışının əvvəlində iştirakçılarısalamladı. Sonra “Avropa Siyasi Birliyi”nin Zirvəgörüşündə çıxış üçün etdiyi dəvətə görə PrezidentKoştaya təşəkkürünü bildirdi.
Prezident Koştanın Azərbaycana iki aydan azvaxt əvvəl etdiyi səfəri zamanı Zirvə görüşündəiştirakının müzakirə edildiyini və tədbirəvideobağlantı formatında qoşulmasınınrazılaşdırıldığını bildirdi. Prezident İlham Əliyevauditoriyanı məlumatlandıraraq dedi ki, bir il öncəTiranaya səfəri zamanı Prezident Koşta və PrezidentFon der Lyayen Zirvə görüşünün 2026-cı ilinmayında Ermənistanda təşkil olunması ideyasınarəyimi soruşdular. O da öz növbəsində tarazlıyanaşmanın saxlanılması üçün növbəti Zirvəgörüşlərindən birinin Azərbaycanda keçirilməsitəklifi ilə çıxış etdiyini bildirmişdir. Təklif də qəbulolunmuşdu. Beləliklə, Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev çıxışında “AvropaSiyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayındaAzərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdi. Çıxışına davam olaraq bildirdi ki, Ermənistan da həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquzaydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağıöyrənirik.
Sülhün əldə olunması faktı əsasındaAzərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ EvdəErmənistan və Azərbaycan liderləri BirgəBəyannamə imzaladılar. Prezident Tramp, artıq qeydedildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərisülh sazişinin mətnini parafladılar. Bizim üçün vəəminəm ki, ermənistanlı həmkarlarımız üçün sülhqurulub. Sülhün əldə olunması faktı əsasındaAzərbaycan 1990-cı illərin əvvəlindən Ermənistanatətbiq edilən bütün tranzit məhdudiyyətlərinibirtərəfli qaydada aradan qaldırdı. İndiyə qədərErmənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlaratdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxtaqədər 12 min ton neft məhsullarımız Ermənistanaixrac edilmişdir.
Təəssüf ki, Avropa Parlamenti və AvropaŞurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqesərgiləmir və ikili standartlar nümayiş etdirirlər.
Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcəkvə bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinəçevriləcək. Həm Ermənistan, həm Azərbaycansülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdənistifadə edərək, mən Ermənistan-Azərbaycan sülhprosesində tutduğu mövqeyə görə AvropaKomissiyasına təşəkkürümü bildirmək istəyirəm.
Lakin əfsuslar olsun ki, heç də bütün Avropatəsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biriAvropa Parlamenti, digəri isə Avropa ŞurasıParlament Assambleyasıdır (AŞPA).
Azərbaycan 2001-ci ilin yanvarından AvropaŞurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxtparlament üzvü və Azərbaycanın nümayəndəheyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindənbiri idim. Nümayəndə heyətimizə 2024-cü ilinyanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilinsentyabrında Azərbaycan Qarabağda separatçılığason qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sankiAŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazibütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyüqədər eyni dəyərə malikdir. Bu məsələdə ikilistandartlar qəbuledilməzdir;
Sülh prosesinə mane olmaq istəyən tərəflərinbütün səylərinə baxmayaraq, Azərbaycan sülhgündəliyinə sadiqdir.
Aygün Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2 “ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü



