GündəmSosial

Avropa çempionu güləşçilərin qələbəsi – milli qürur və dövlət qayğısının təntənəsi

Azərbaycan idmanının son illərdə qazandığı uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Xüsusilə güləş sahəsində əldə olunan nailiyyətlər milli idman məktəbimizin gücünü və davamlı inkişafını bir daha təsdiqləyir. Avropa çempionatında komanda hesabında çempionluq qazanan güləşçilərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bu uğurun dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərir.

Bu görüş sadəcə rəsmi qəbul deyil, eyni zamanda idmana verilən dəyərin, idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan dövləti idmanın inkişafını strateji istiqamət kimi müəyyən edib və bu sahədə əldə olunan hər bir uğur ümummilli nailiyyət kimi qəbul olunur.

Güləşçilərimizin Avropa çempionatında komanda hesabında birinci yerə layiq görülməsi böyük zəhmətin, əzmkarlığın və vətənə bağlılığın nəticəsidir. Bu qələbə həm də onu göstərir ki, Azərbaycan idmançıları artıq dünya və Avropa səviyyəsində söz sahibi olan gücə çevriliblər. Onların çıxışları gənc nəslə örnək olmaqla yanaşı, ölkədə idmana marağın daha da artmasına təkan verir.

Dövlət başçısının idmançılarla görüşü zamanı məşqçilərin əməyinin xüsusi vurğulanması da diqqətəlayiq məqamdır. Çünki hər bir qələbənin arxasında böyük zəhmət, peşəkarlıq və düzgün təşkil olunmuş məşq prosesi dayanır. Bu baxımdan, əldə olunan uğur bütövlükdə Azərbaycan idman sisteminin səmərəli fəaliyyətinin göstəricisidir.

Bu görüş bir daha nümayiş etdirdi ki, Azərbaycanda idman siyasəti uğurla həyata keçirilir və idmançılar hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Qazanılan bu parlaq qələbə milli qürur mənbəyinə çevrilməklə yanaşı, gələcək uğurlar üçün də möhkəm zəmin yaradır.

Əminliklə demək olar ki, Azərbaycan güləşçiləri bundan sonra da beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edəcək, üçrəngli bayrağımızı zirvələrə qaldırmağa davam edəcəklər.

Yeni Azərbaycan Partiyası
Şirvan şəhər təşkilatının məsləhətçisi
İsrayılov Amil Faiq oğlu

Oxşar Xəbərlər

Back to top button