GündəmSosial

7 may 2026-cı il tarixində Siyəzəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Müstəqillik Gününə həsr olunmuş təhsil işçiləri arasında “Xəmsə” milli intellektual oyunu keçirilib

Tədbirin əsas məqsədi müəllimlər arasında intellektual bilik yarışının təşkili,Ulu Öndər irsinin və milli-mənəvi dəyərlərin təbliği, eləcə də iştirakçılar arasında əməkdaşlıq və komanda ruhunun gücləndirilməsi olmuşdur. Yarış iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.
İlk yarış günün sonunda 8 komanda yarışın final mərhələsində iştirak etmək hüququ qazandı:
1. Kiçik Həmyə kənd məktəbinin “Xəmsə” komandası
2. Şəhər 2 nömrəli məktəbin “Mikayıl” komandası
3. Şəhər 6 nömrəli məktəb-liseyin “Xarıbülbül” komandası
4. Sədan kənd məktəbinin “Sədan” komandası
5. Məşrif kənd məktəbinin “Məşrif” komandası
6. Böyük Həmyə kənd məktəbinin “Zəkalar” komandası
7. Siyəzənkənd məktəbinin “Zenit” komandası
8. Şəhər 3 nömrəli məktəbin “Zirvə” komandası
Bütün komandalara uğurlar arzu edirik.

Oxşar Xəbərlər

Back to top button