AnalitikaGündəmSiyasət

34 illik siyasi təşəbbüsün dövlətçilik yolu

21 noyabr 1992-ci il Azərbaycan tarixində mühüm siyasi hadisə, milli dövlətçilik salnaməmizdə yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. Həmin gün Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdən, xalqın sabitliyə, güclü dövlətə və qətiyyətli siyasi liderə olan ehtiyacından irəli gələn tarixi zərurət idi. Artıq 34 ildir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti, siyasi iradəsi və dövlətçilik prinsiplərinə sədaqəti ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır.

1990-cı illərin əvvəllərində ölkəmiz ciddi siyasi böhran, idarəçilikdə səriştəsizlik, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqın ziyalıları, tanınmış nümayəndələri və vətənpərvər insanları Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşan siyasi qüvvənin yaradılmasını zəruri hesab edirdilər. Onlar öz müraciətlərində Ulu Öndər Heydər Əliyevə üz tutaraq yeni partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdilər. Naxçıvandan başlayan bu təşəbbüs qısa müddətdə ümumxalq dəstəyinə çevrildi.

21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Bu hadisə yalnız yeni siyasi təşkilatın meydana çıxması deyildi. Bu, Azərbaycanın gələcəyinə inamın, milli həmrəyliyin və dövlətçilik iradəsinin təcəssümü idi. Ulu Öndərin müdrik siyasəti, zəngin idarəçilik təcrübəsi və xalqın ona olan böyük inamı YAP-ın qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsini təmin etdi.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button