AnalitikaGündəmSiyasət

Vahid məktəbli formasının üstünlükləri nələrdir

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışında ideoloji təhlükəsizlik məsələlərindəndanışdı.

Ölkə başçısı bildirdi ki, hazırda Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişafedən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti iləbeynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir: “Müharibələr, qarşıdurmalar vəziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən vəpraqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafınardıcıllığına etibarlı zəmin yaratdı“.

Bu da faktdır ki, bizim uğurlarımızı həzm edə bilməyən müəyyən qara qüvvələr də var. Onlar hər vəchlə ölkəmizdə sabitliyin pozulması istiqamətində müqəddəs tendensiyalarıalətə çevirərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.  Bu istiqamətdə həttavahid məktəbli forması ilə bağlı dövlətimizin atdığı addımlara barmaq uzatmağaçalışırlar. Bu, yolverilməzdir. Çünki Azərbaycan müstəqil siyasət yürüdən ölkədir.

Son günlər bəzi qaranlıq dairələr bu istiqamətdə yenidən müəyyən”fəallığı” ilə seçilir. Amma istəklərinə nail ola bilməyəcəklər.

Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli309 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyimformalarının təsvirləri”nə yeni tələblər əlavə edilib. Bu tələblərə görə, təhsilalanlarınmüəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilikprinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Eyni zamanda milli dəyərlərə hörmət də qorunur.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçiriləntədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyimelementlərindən istifadə edilməsinə yol verilir. Qərar valideynlərə də aydın vəzifə qoyur: valideynlər və ya digər qanuni nümayəndələr övladları tərəfindən geyim forması ilə bağlıtələblərə riayət olunmasını təmin etməlidirlər.

Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşma beynəlxalq təcrübədə geniş istifadəolunur. Qazaxıstanda məcburi məktəb forması üçün tələblər 2016-cı il fevralın 16-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qırğızıstanda məktəbli formasına dair vahidtələblər 2015-ci il sentyabrın 1-dən tətbiq edilir. Türkmənistanda dövlət ümumtəhsilmüəssisələrinin fəaliyyəti haqqında əsasnamə 2019-cu il martın 1-də təsdiqlənib, Özbəkistanda isə şagirdlərin müasir məktəbli forması ilə təmin edilməsinə dair qərar2018-ci il avqustun 15-də qəbul edilib.

İlk növbədə onu vurğulamaq lazımdır ki, vahid məktəbli forması və geyim tələblərisosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağaimkan yaradır. Fərqli ailələrdən gələn uşaqlar eyni sinifdə oturur. Onların bəzisinin ailəsibahalı geyim ala bilir, bəzisinin isə imkanı məhduddur. Forma olmayan mühitdə bufərqlər geyim vasitəsilə gündəlik olaraq nümayiş etdirilir, uşaqlar arasında müqayisə, qısqanclıq və hətta ələ salınma halları yaranır.

Digər tərəfdən, vahid forma bu problemi kökündən həll edir. Məktəb uşaqların sosialstatusundan, ailənin dini baxışlarından və maddi imkanlarından asılı olmayaraq özlərinibərabər hiss etdikləri məkandır. Bu baxımdan vahid məktəbli forması sosial bərabərlikfunksiyası daşıyır. Tezislərdə vurğulandığı kimi, bu, yalnız geyim mövzusu deyil, həm dətəhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.

Eyni zamanda, vahid forma həm də geyimin qiymətinə, dəbə uyğunluğuna və dəyişmətezliyinə olan izafi marağı azaldır. Şagird diqqətini zahiri görünüşə deyil, bilik əldəetməyə, idmana və yaradıcılığa yönəldir. Sinifdə rəqabət geyim üzərindən deyil, nailiyyətlər üzərindən qurulur.

 

Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button