AnalitikaGündəmSiyasət

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

8 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın getdikcə genişləndiyini vurğulayıb.

Xəzər dənizi, Orta Dəhliz, tranzit imkanları və yaşıl enerji layihələri region ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm istiqamətlər kimi qeyd olunub.

Görüşdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair Birgə Bəyanat da imzalanıb.

Azərbaycan regionda sülhə, sabitliyə və qarşılıqlı tərəfdaşlığa öz töhfəsini verir.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button