AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regional inteqrasiya və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev region dövlətləri arasında gündən-günə möhkəmlənən dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə xüsusi diqqət çəkdi.

Prezident İlham Əliyev öz çıxışında keçən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv seçilməsini xüsusi vurğulayaraq, bu addımı tarixi bir qərar kimi dəyərləndirdi. Dövlət başçısı bu mühüm qərarı yekdilliklə dəstəklədiklərinə görə sammit iştirakçılarına, bütün dövlət başçılarına dərin minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı, həmçinin bu təşəbbüsün irəli sürülməsində və reallaşmasında Türkmənistanın, şəxsən Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun rolu barədə danışdı. Prezident qeyd etdi ki, ötən ilin avqust ayında məhz Avaza zonasında Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması təşəbbüsünü ilk dəfə məhz hörmətli Qurbanqulu Berdiməhəmmədov irəli sürüb.

Bu tarixi qərar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika, energetika, ticarət və mədəni-humanitar sahələrdə artıq mövcud olan sıx əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldırır. Azərbaycanın bu formata inteqrasiyası Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının strateji birləşməsini, xüsusən də Orta Dəhliz kimi qlobal nəqliyyat marşrutlarının səmərəliliyinin artırılmasını təmin edir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button