AnalitikaDünyaGündəm

Azərbaycanın investisiya potensialı və strateji hədəfləri II Beynəlxalq İnvestisiya Forumunda təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan rəsmi tədbirdə iştirak edib. Yüksəksəviyyəli dövlət rəsmilərinin, beynəlxalq maliyyə qurumlarının nümayəndələrinin, xarici investorların və biznes liderlərinin bir araya gəldiyi forum ölkənin iqtisadi potensialının və investisiya mühitinin təqdim edilməsi baxımından mühüm platformaya çevrilib.

Dövlət başçısı tədbirdə geniş nitq söyləyərək Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən, həyata keçirilən irimiqyaslı infrastrukturlardan və ölkədə yaradılan əlverişli biznes mühitindən bəhs edib. Prezident İlham Əliyev xüsusilə qeyri-neft sektorunun inkişafı, bərpa olunan enerji layihələri, rəqəmsallaşma və nəqliyyat-logistika dəhlizlərinin genişləndirilməsi istiqamətində atılan strateji addımları diqqətə çatdırıb.

Dövlət başçısı çıxışında investorlar üçün prioritet təşkil edən əsas sahələri vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidində regional liderə çevrilməsi və bu sahədə xarici tərəfdaşlarla birgə icra edilən layihələr haqqında,Orta Dəhliz layihəsi çərçivəsində ölkənin artan tranzit imkanları və infrastruktur modernizasiyası haqqında fikirlərini bildirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən yenidənqurma işləri və investorlar üçün yaradılan xüsusi güzəştlər, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın artırılması və investor hüquqlarının qorunması haqqında fikir bildirilib.

Forum çərçivəsində dövlət qurumları və xarici şirkətlər arasında müxtəlif sahələri əhatə edən ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq çərçivəsində anlaşma memorandumları və razılaşmalar imzalanıb.

Tədbir Azərbaycanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini daha da möhkəmləndirmək və xarici kapitalın ölkə iqtisadiyyatına cəlb olunmasını sürətləndirmək baxımından mühüm bir mərhələ olub.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button