AnalitikaGündəmSiyasət

Doğma torpaqlara qayıdış arzusu

Bəzi tarixlər vardır ki, onları sadəcə təqvimdə qeydolunan gün kimi qəbul etmək mümkün deyil. 20 Sentyabr da belə tarixlərdəndir. Xankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərləri günü xalqımızınyaddaşında Vətənə bağlılığın, milli birliyin tarixiZəfərin rəmzi olaraq xüsusi yer tutur. Bu şəhərlərin adıillər ərzində hər bir azərbaycanlının dilində həsrətləçəkilib, onların görüntüsü insanların yaddaşındaqorunub, doğma torpaqlara qayıdış arzusu nəsildən-nəslə ötürülüb. Qarabağın uca dağları, yaşıl yamacları, qədim yaşayış məskənləri tarixi izləri Azərbaycanxalqının mənəvi yaddaşının ayrılmaz hissəsidir. Butorpaqlar uğrunda canından keçən şəhidlərimizinxatirəsi isə hər zaman ehtiramla yad edilir. Onlarınmüqəddəs ruhu qarşısında ən böyük borcumuz azadedilmiş torpaqları qorumaq, burada davamlı firavanhəyat qurmaqdır. Bu gün Xankəndidə Azərbaycanbayrağının dalğalanması, Xocalıda həyatın yenidəncanlanması, Xocavənddə Ağdərədə quruculuqişlərinin geniş vüsət alması xalqımızın illərlə gözlədiyiböyük dəyişikliklərin canlı ifadəsidir. Qarabağınsükutu artıq həsrətin deyil, yeni həyatın sükutudur; busükutu yolların, tikintinin, məktəblərin insanlarınsəsləri pozur.

Azərbaycan dövləti Qarabağda yalnız şəhərləri bərpaetmir, burada yeni həyatın təməlini qoyur. Zamanınizlərini daşıyan məkanlar müasir görkəm alır, yeniyollar kommunikasiya xətləri yaradılır, insanlarınrahat təhlükəsiz yaşaması üçün geniş imkanlarformalaşdırılır. Ən əsası isə bu torpaqlar öz insanlarınaqovuşur. Bir zamanlar doğma evlərinin açarını illərləqoruyub saxlayan insanlar bu gün həmin açarlayenidən öz yurdlarının qapısını açmaq sevinciniyaşayırlar. Bu mənzərə Azərbaycan tarixinin ən təsirlisəhifələrindən biridir. Qarabağın yenidən qurulmasıyalnız maddi inkişaf deyil, həm milli ruhundirçəlişidir. Xankəndi, Xocalı, Xocavənd Ağdərəşəhərlərinin hər birində qurulan yeni həyat gələcəknəsillərə ötürüləcək böyük bir mirasdır. 20 Sentyabrınmənəvi mahiyyəti məhz bundadır: bu tarix bizəgöstərir ki, Vətən yalnız xəritədə göstərilən ərazi deyil, insanın yaddaşında, qəlbində taleyində yaşatdığımüqəddəs məkandır. Bu gün Qarabağda ucalan hərbina, salınan hər küçə, əkilən hər ağac gələcəyəünvanlanan bir mesajdırbu torpaqlarda həyatyenidən çiçəklənir.

Davud Hacıyev,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button