
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.
Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir. Prezident İlham Əliyev ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikasını yüksək qiymətləndirib.
Füzulidə ‘Dostluq bağı’nın salınması, ‘Chevrolet’ və ‘Isuzu’ avtomobillərinin birgə istehsalı kimi addımlar ikitərəfli iqtisadi layihələrin nə qədər uğurlu olduğunu təsdiqləyir. Nəqliyyat və logistika imkanları barədə fikirlərini bölüşən Prezident İlham Əliyev ÇinQırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasına diqqət çəkib. Eyni zamanda, ‘Yaşıl Dəhliz Birliyi’nin yaradılması bərpaolunan enerjinin Xəzər vasitəsilə ixracı üçün böyük üfüqlər açır. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır.
Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri


