AnalitikaDünyaGündəmSiyasət

Milli Mətbuatımızın 150 İllik Yubileyi və Zərdabi İrsi

2025-ci il tarixi baxımdan milli mətbuatımız üçün çox əlamətdar və qürurverici bir il olmuşdur. Çünki məhz bu il Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin və bütövlükdə milli mətbuatımızın 150 illik yubileyi qeyd olunur. Dövlət tərəfindən milli jurnalistikamızın şanlı tarixinə hər zaman yüksək və ədalətli qiymət verilmiş, mətbuatımızın yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunmuşdur.

Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis olunması dövlətin bu vacib sahəyə diqqətinin növbəti səmimi təzahürüdür. 150 il əvvəl cəhalətə və xurafata qarşı kəskin mübarizə aparan “Əkinçi” qəzeti milli özünüdərkin və bədii fikrin inkişafına misilsiz töhfələr verərək mütərəqqi jurnalist nəslinin yetişməsini təmin edib.

Bu gün, Həsən bəy Zərdabinin yandırdığı o ilk maarifçilik işığı, müasir və qüdrətli Azərbaycanın güclü qlobal informasiya resursları tərəfindən inamla qorunur və gələcəyə daşınır.

Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button