
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı ölkəmizdə aqrar sektorun inkişafına verilən önəmin növbəti dəfə nümayişi oldu. Dövlət başçısı çıxışında kənd təsərrüfatının qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahənin inkişafının ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların sosial-iqtisadi inkişafında və məşğulluğun artırılmasında mühüm rol oynadığını qeyd etdi.
Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilib. Fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, subsidiyaların verilməsi, müasir suvarma sistemlərinin qurulması, kənd təsərrüfatı texnikalarının yenilənməsi və aqrar sahədə rəqəmsal həllərin tətbiqi istehsalın artmasına müsbət təsir göstərib. Prezident İlham Əliyev müşavirədə bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini xüsusi qeyd edib.
Dövlət başçısı kənd təsərrüfatının qarşısında duran əsas vəzifələrdən biri kimi məhsuldarlığın artırılmasını göstərib. Bu məqsədlə torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsinin, müasir texnologiyaların tətbiqinin və elmi yanaşmanın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılması və yeni bazarlara çıxışın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Müşavirədə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı məsələlərinə də toxunulub. Həmin ərazilərin zəngin aqrar potensialının ölkənin kənd təsərrüfatı istehsalına mühüm töhfə verəcəyi bildirilib. Bu istiqamətdə infrastruktur layihələrinin həyata keçirilməsi, torpaqların əkin dövriyyəsinə qaytarılması və müasir aqrar təsərrüfatların yaradılması qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Aqrar sahəyə göstərilən diqqət və dəstək kənd əhalisinin rifahının yüksəlməsinə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və ölkənin davamlı iqtisadi inkişafına xidmət edir. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Həyata keçirilən məqsədyönlü dövlət proqramları nəticəsində şəhər və rayonlarda müasir yol-nəqliyyat infrastrukturu yaradıldı, elektrik, qaz və su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Kənd təsərrüfatının inkişafına göstərilən dəstək yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin artmasına və kənd yerlərində yaşayış səviyyəsinin yüksəlməsinə mühüm töhfə verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər ölkənin hərtərəfli tərəqqisini təmin edən əsas amillərdən birinə çevrilib. Xüsusilə aqrar sektorun inkişafı üçün həyata keçirilən tədbirlər fermerlərin fəaliyyət imkanlarını genişləndirib, istehsal həcmini artırıb və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edib. Bu gün Azərbaycanın kənd təsərrüfatı məhsulları həm daxili bazarın tələbatının ödənilməsində, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi



