AnalitikaGündəmSiyasət

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı həmin müşavirədə nitq söyləmişdir. İlham Əliyev qeyd etmişdir ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilir. Kənd təsərrüfatı hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynayır və insanların ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas sahələrdən biridir. Bu sahənin inkişafı həm iqtisadi artıma, həm də regionların inkişafına müsbət təsir göstərir.

Azərbaycan Respublikasının Prezidenti çıxışında demişdir ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Azərbaycanda kənd təsərrüfatınıninkişafı dövlət siyasətinin vacib isiqamətlərindən biridir. Son illərdə kənd təsərrüfatının müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, fermerlərə dəstək proqramlarının həyata keçirilməsi və infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Fermerlərə subsidiyaların ayrılması, kənd təsərrüfatı texnikalarının təmin olunması və suvarma sistemlərinin yenilənməsi bu sahənin bu sahənin inkişafına kömək edir.

Kənd təsərrüfatının inkişafı həm də yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bu isə kənd yerlərində yaşayan insanların rifahının yüksəlməsinə və məşğulluğun artmasına şərait yaradır. Eyni zamanda ölkənin ixrac potensialı artır və iqtisadi inkişaf daha da güclənir. Nəticə olaraq, kənd təsərrüfatına göstərilən diqqət ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu sahəyə qoyulan investisiyalar və həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

 

 

 

Oxşar Xəbərlər

Back to top button