AnalitikaGündəmSiyasət

Azərbaycanın şəhərsalma transformasiyası: WUF13 fonunda yeni inkişaf mərhələsi

2026-cı il mayın 18-də Bakıda keçirilən ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanınqlobal şəhərsalma proseslərində rolunu bir daha ön planaçıxardı. 182 ölkədən on minlərlə iştirakçının qatıldığı bumötəbər tədbir təkcə beynəlxalq dialoq platforması deyil, həm ölkəmizin son illərdə həyata keçirdiyi genişmiqyaslıurbanizasiya siyasətinin təqdimatı kimi dəyərləndirildi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanınşəhər inkişafı strategiyasına dair mühüm mesajlarla yadda qaldı.

Dövlət başçısı çıxışında Azərbaycanın tarixi-mədəni irsininqorunması ilə yanaşı, müasir şəhərsalma yanaşmalarınıntətbiqindən danışdı. O vurğuladı ki, ölkənin müxtəlifbölgələrində şəhərsalma prosesi artıq sürətli sistemli şəkildəhəyata keçirilir. Bakıdan başlayaraq regionlara qədər genişlənənbu proses yeni infrastruktur, müasir yaşayış kompleksləri daha funksional şəhər mühiti formalaşdırır.

Bu gün Azərbaycanın bir çox yerlərində şəhərsalma yalnıztikinti fəaliyyəti kimi deyil, həm sosial iqtisadi yenilənməprosesi kimi həyata keçirilir. Yeni yolların salınması, nəqliyyatsistemlərinin modernləşdirilməsi, ictimai məkanlarıngenişləndirilməsi ekoloji balansın qorunması bu siyasətinəsas istiqamətlərindəndir. Xüsusilə regionlarda həyata keçirilənlayihələr şəhərlərin qəsəbələrin simasını köklü şəkildədəyişir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsasməqamlardan biri şəhərsalmanın strateji yanaşma tələb edənuzunmüddətli proses kimi təqdim olunması idi. Dövlət başçısıbildirdi ki, urbanizasiya yalnız fiziki infrastrukturun qurulmasıdeyil, eyni zamanda insanların həyat keyfiyyətininyüksəldilməsi deməkdir. Bu baxımdan Azərbaycanda həyatakeçirilən layihələr müasir standartlara uyğun planlaşdırılır beynəlxalq təcrübə ilə uzlaşdırılır.Son illərdə xüsusilə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurmaişləri ölkənin şəhərsalma sahəsində ən böyük transformasiyanümunəsi hesab olunur. Tamamilə yeni şəhər kəndlərin inşaedilməsi, “ağıllı şəhərağıllı kəndkonsepsiyalarının tətbiqibu bölgələri müasir urbanizasiya laboratoriyasına çevirib. Buyanaşma təkcə bərpa deyil, həm gələcək inkişaf modelininformalaşdırılmasıdır.

Bakı şəhəri bu transformasiyanın mərkəzində dayanır. Paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq, infrastrukturyenilənməsi nəqliyyat layihələri şəhərin həm funksional, həm estetik baxımdan yenilənməsini təmin edir. Eyni zamanda, tarixi irsin qorunması ilə müasir memarlığın harmoniyasıAzərbaycanın şəhərsalma fəlsəfəsinin əsas xüsusiyyətlərindənbirinə çevrilib.

WUF13 forumu bu proseslərin beynəlxalq auditoriyaya təqdimedilməsi baxımından mühüm platforma rolunu oynadı. Dünyanın 182 ölkəsindən gələn nümayəndələr Azərbaycanınşəhər inkişafı modelini yaxından izləmək imkanı əldə etdilər. Buisə ölkəmizin beynəlxalq urbanizasiya diskursunda daha aktiviştirak etdiyini göstərir.

Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanınşəhərsalma sahəsində sistemli, planlı sürətli inkişaf yolundaolduğunu bir daha nümayiş etdirdi. Şəhərlərin yenilənməsi təkcəfiziki dəyişiklik deyil, həm sosial rifahın artırılması, ekolojitarazlığın qorunması müasir həyat standartlarınınformalaşdırılması istiqamətində kompleks bir yanaşma kimiçıxış edir.

Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button