
Bakıda, qədimliklə yenilik, tarixi irsimizinqorunması ilə şəhərsalmanın planlaşdırılması vəmüasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdətmövcuddur. Bu, həqiqətən əcdadlarımızınistedadının bariz nümunəsi, tarixi və memarlıqirsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanınbir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimizməsələdir.
Bu il mənim Sərəncamıma əsasən“Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mənbu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa vəForumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçünbu cür çox məsuliyyətli vəzifənin bizə həvaləedildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin MəskunlaşmaProqramı ilə Azərbaycanda, uzun illər işğal altındaolmuş şəhərlərdə – Ağdamda, Zəngilanda vəXankəndidə üç milli şəhərsalma forumlarınıkeçirmişik.
Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatınıyaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahathiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlətəmin olunmasına güclü sadiqliyimizi bir dahanümayiş etdiririk. Nəinki Bakı, o cümlədənAzərbaycanın bir çox qədim şəhərləri öz memarlığıilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeydedəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtıolan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycanşairi Nəsiminin doğulduğu yerdə – Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birivar. Şəki şəhərinin yaxınlığında yerləşən Kişkəndindəki kilsə ola bilsin, dünyadakı ən qədimkilsələrdən biridir. Əcdadlarımızın istedadınınümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bugün də işləyən kanalizasiya sistemini və su xəttiniçəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altındaqalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidənqurulur və onun zədələnmiş qalası bərpa edilib.
Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcəmənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara vətalana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpaolunub, eyni zamanda, qorunaraq bu günədəksaxlanılıb. Biz inkişafda, insanlarımız üçün dahayaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsurolmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizinqorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.
Bakı haqqında danışsaq, bir neçə əlavəməsələni də qeyd edim. Biz ətraf mühit sahəsindəçox işləri görməli olduq. Bakı hələ 1846-cı ildədünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra180 il ərzində demək olar ki, bütün illərdə ətrafmühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeydetsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsbetmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarətetsəniz, bəzi videomateriallara və ya şəkillərəbaxsanız, onların 20 il öncə və indi necəgöründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitəuyğun məkanın yaradılması üçün görülmüş işləritəsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhərəvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağşəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhərdaxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü“Sea Breeze” istirahət məkanıdır və mənmüsafirlərimizə, xüsusən də soyuq suda üzməyisevənlərə oraya getməyi çox tövsiyə edirəm.
Onlardan bəzilərinin burada zalda əyləşdiyinigörürəm və bu müasir şəhərsalmanın digər misalınıgedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasiravtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğunşəhərlər paytaxt və nəinki paytaxt üçün, bütövkonsepsiyanın tərkib hissələri kimi icra olunur. Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərindəşəhərsalma çox sürətli inkişaf edir.
Yeni Şəhərsalma Gündəliyinin aralıq icmalıhəm bugünkü şəhər problemlərinin aktuallığını, həmdə Kitoda verilmiş öhdəliklərin davamlıəhəmiyyətini təsdiqləməlidir. WUF13 praktikifəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsiləicranı sürətləndirmək üçün bir fürsətdir.
Aygün Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski ünvanı üzrə ərazi partiya təşkilatının üzvü



