AnalitikaGündəmSiyasət

Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir: Prezident İlham Əliyevin çıxışı diqqət mərkəzində

2026-cı il mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçirilib. Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək forumun əhəmiyyəti və iştirakçıların geniş tərkibi barədə məlumat verib.Dövlət başçısı bildirib ki, tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici forumun beynəlxalq miqyasını və yüksək marağı bir daha nümayiş etdirir. Prezident İlham Əliyev qeyd edib ki, bu rəqəm, qeydiyyatdan keçmiş iştirakçıların sayına görə rekord göstəricidir.

Çıxışda vurğulanıb ki, bu forum il yarım əvvəl Azərbaycanda keçirilmiş COP29 tədbirindən sonra ölkədə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbirdir. Prezident ümid etdiyini bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da COP29 kimi uğurlu nəticələrlə yadda qalacaq.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, forum çərçivəsində Bakıya gələn qonaqlar Azərbaycanı və paytaxt Bakını daha yaxından tanımaq imkanı əldə edəcəklər. Onlar ölkədə şəhərsalma sahəsində həyata keçirilən inkişaf layihələri ilə yerində tanış ola biləcəklər.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə təqdim olunması üçün mühüm platforma olduğunu bir daha göstərmiş oldu.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button