Sosial
Trend
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı “Əlif Hacıyev küçəsi 28” ərazi partiya təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı “Əlif Hacıyev küçəsi 28” ərazi partiya təşkilatında iclas keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, iclasda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 3 saylı xüsusi təhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Arzu Quliyeva və başqaları çıxış ediblər.
Çıxışlardan sonra təşkilati məsələyə baxılıb və iclas iştirakçılarının yekdil qərarı ilə “Əlif Hacıyev küçəsi 28” ərazi partiya təşkilatının sədri Həsənova Səbinə Arif qızı, sədr müavini isə Abbasova Yağmur Abbas qızı seçiliblər.
Sonda yubiley yaşında olan partiya veteranları təltif edilib, partiyaya üzv qəbul edilmiş bir qrup şəxsə isə vəsiqələri təqdim olunub.




