
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatınıntəşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-ZaqatalaRegional Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycanxalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının103-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyətgöstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilən futzalüzrə “Şəki Kuboku – 2026” turniri başa çatıb. Turnirdə Şəkirayonu əraizisində fəaliyyət göstərən təşkilatları təmsil edən 18komanda iştirak edib. 1 ay davam edən turnirin qalibi gərginidman mübarizəsi və dostluq şəraitində keçən finalda “Marxal” komandasını 3:2 hesabı ilə məğlub edən “Ədliyyə” komandasıolmuşdur. Turnirdə üçüncü yeri “Səhiyyə” komandası, dördüncüyeri isə “Əliəhmət şirniyyat evi” komandası tutmuşdur.
Turnirin bağlanış mərasimində YAP Şəki rayon təşkilatının, ŞəkiŞəhər İcra Hakimiyyətinin və Şəki – Zaqatala Regional Gənclər və İdman idarəsinin rəhbərliyi və əməkdaşları, idmanhəvəskarları iştirak etmişdir. Mərasimdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev və Şəki – Zaqatala Regional Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Ulu öndər Heydər Əliyevin idmanın inkişafına hərzaman böyük önəm verdiyini vurğulamış, idmana olan dövlətqayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraqhər il keçirilən turnirin əsas məqsədi Ulu Öndər Heydər Əliyev irsinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili, idmanaolan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoşünsiyyətin və əməkdaşlığın daha da inkişaf etdirilməsiolmuşdur.
Sonda qaliblərə kubok, medal, diplomlar verilmişdir. Bundanəlavə turnirin “ən yaxşı oyunçusu” və “ən yaxşı qapıçısı” nominasiyasının qaliblərinə də diplom və xatirə hədiyyəsiverilmişdir.




