
Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdəsürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinəyüksəlmişdir. Bu əlaqələr siyasi dialoq, iqtisadiəməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni-humanitarsahələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlıdəstək üzərində qurulmuşdur. Hər iki ölkə qarşılıqlıhörmət, suverenlik və daxili işlərə qarışmamaqprinsiplərinə əsaslanan əməkdaşlıq modeliformalaşdırmışdır.
Azərbaycan-İtaliya münasibətlərinin əsasını yüksəksəviyyəli siyasi dialoq təşkil edir. İki ölkə liderləri arasındakeçirilən görüşlər əlaqələrin inkişafında mühüm roloynamışdır. İtaliya prezidentlərinin və digər yüksək vəzifəlişəxslərin Azərbaycana səfərləri, eləcə də Azərbaycanrəhbərliyinin İtaliyaya rəsmi və işgüzar səfərləri iki ölkəarasında siyasi etimadı daha da möhkəmləndirmişdir.
İtaliya Azərbaycanın Avropa İttifaqı daxilində əsastərəfdaşlarından biri kimi çıxış edir. Bu ölkə Azərbaycanınərazi bütövlüyünü daim dəstəkləmiş və beynəlxalqplatformalarda ölkəmizin mövqeyinə hörmətləyanaşmışdır.
Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr xüsusiləenerji sektorunda daha güclüdür. İtaliya Azərbaycanın ənböyük ticarət tərəfdaşlarından biridir və bu ticarətin əsashissəsini neft və qaz təşkil edir.
Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilənlayihələr, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədənİtaliyaya nəqli iki ölkə arasında strateji iqtisadiəməkdaşlığın əsas sütunlarından biridir. Bu layihəAvropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməkləyanaşı, Azərbaycanın da etibarlı enerji təchizatçısı kimimövqeyini möhkəmləndirmişdir.
Eyni zamanda, İtaliya şirkətləri Azərbaycanda tikinti, infrastruktur, kənd təsərrüfatı və sənaye sahələrində fəaliştirak edirlər. Qarşılıqlı investisiyaların artırılmasıistiqamətində mühüm addımlar atılmışdır. İtaliyaRespublikası Nazirlər Şurasının sədri Ciorcia Melonininmayın 4-də Azərbaycan Respublikasına səfəri də iki ölkəarasında əlaqələrin inkişafında mühüm əhəmiyyətli hadisəoldu. Səfər çərçivəsində Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin İtaliya Respublikası NazirlərŞurasının sədri Ciorcia Meloni ilə təkbətək və geniştərkibdə görüşü olmuşdur. İki ölkə lideri arasında keçiriləngörüş və mətbuata verilən bəyanatlar Azərbaycan-İtaliyamünasibətlərinin strateji xarakter daşıdığını bir dahanümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışındasəsləndirilən fikirlər göstərdi ki, Bakı ilə Roma arasındaəməkdaşlıq artıq təkcə siyasi münasibətlərləməhdudlaşmır, iqtisadiyyat, energetika, müdafiə sənayesi, investisiya, təhsil və yenidənqurma kimi bir çoxistiqamətləri əhatə edir.
Dövlətimizin başçısı çıxışında bildirdi ki, Azərbaycan vəİtaliya strateji tərəfdaş ölkələrdir və bu münasibətlərinhüquqi bazasını 2014 və 2020-ci illərdə imzalanmışstrateji tərəfdaşlığa dair bəyannamələr təşkil edir. Busənədlər iki ölkə arasında əməkdaşlığın davamlı inkişafınamöhkəm zəmin yaradıb. Prezident İlham Əliyev İtaliya Başnazirinin Ermənistandakı proqramını başa vurduqdansonra Azərbaycana səfər etməsinin xüsusi rəmzi mənadaşıdığını qeyd edərək, bunu Azərbaycana göstərilənhörmət və xoş münasibətin bariz nümunəsi kimiqiymətləndirdi.
Azərbaycan-İtaliya əlaqələrinin əsas sütunlarından birienergetika sahəsində əməkdaşlıqdır. Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, İtaliya Azərbaycanın bir nömrəliticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarətdövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Xüsusiləenerji sahəsində qurulan tərəfdaşlıq Avropanın enerjitəhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatındaikinci yeri tutur. Ötən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhzİtaliya bazarına göndərilib.
Bu fakt bir daha sübut edir ki, Azərbaycan Avropanınenerji təhlükəsizliyinin təmin edilməsində etibarlıtərəfdaşdır. Prezident İlham Əliyev çıxışında qaz ixracınınartırılması perspektivlərinə də toxunaraq, bunun üçünCənub Qaz Dəhlizi çərçivəsində fəaliyyət göstərən TAP layihəsinin genişləndirilməsinin vacibliyini vurğuladı. Bulayihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdanstrateji əhəmiyyət daşıyır.
Son illər Azərbaycan ilə İtaliya arasında yeniəməkdaşlıq istiqamətlərindən biri də hərbi-texniki sahədir. Prezident İlham Əliyevin sözlərinə görə, tərəflər birgəlayihələrin həyata keçirilməsi, ortaq istehsalmüəssisələrinin yaradılması və İtaliya texnologiyalarınınAzərbaycan maliyyə imkanları ilə birləşdirilməsiməsələlərini müzakirə ediblər. Bu isə onu göstərir ki, münasibətlər yeni mərhələyə qədəm qoyur və əməkdaşlıqdaha geniş sahələri əhatə edir.
İqtisadi əməkdaşlıq sahəsində də mühüm nəticələr əldəolunub. Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliyaiqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu investisiyalar hər iki ölkənin iqtisadi maraqlarına xidmətetməklə yanaşı, tərəfdaşlığın uzunmüddətli və qarşılıqlıetimada əsaslandığını göstərir. Eyni zamanda, İtaliyanın130-a yaxın şirkətinin Azərbaycanda fəaliyyət göstərməsiölkəmizin əlverişli biznes mühitinə olan marağıngöstəricisidir.
Xüsusilə işğaldan azad edilmiş Qarabağ və ŞərqiZəngəzur bölgələrində İtaliya şirkətlərinin fəal iştirakıdiqqət çəkir. Hazırda İtaliya şirkətləri həmin ərazilərdə 23 layihə həyata keçirir. Bu layihələr infrastrukturunqurulması, bərpa və yenidənqurma prosesində mühüm roloynayır. İtaliya şirkətlərinin Qarabağda aktiv fəaliyyəti dostölkənin Azərbaycanın ərazi bütövlüyünə və bölgənininkişafına verdiyi dəstəyin nümunəsi kimi qiymətləndiriləbilər.
Prezident İlham Əliyev çıxışında humanitar və təhsilsahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğuladı. Ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-AzərbaycanUniversiteti iki ölkə arasında elmi və mədəni əlaqələrininkişafında mühüm rol oynayır. Artıq 500-dən çoxtələbənin burada təhsil alması gələcəkdə yüksək ixtisaslıkadrların hazırlanmasına və Azərbaycan-İtaliyadostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək. Bu universitet həm də gənclər arasında qarşılıqlıanlaşmanın və mədəni yaxınlığın inkişafına töhfə verir.
Prezident İlham Əliyevin və Baş nazir Ciorcia Meloniningörüşü bir daha göstərdi ki, tərəflər əməkdaşlığın daha dagenişləndirilməsində maraqlıdırlar. Energetika, iqtisadiyyat, müdafiə sənayesi, investisiya və təhsilsahələrində həyata keçirilən layihələr gələcəkdə də ikiölkə arasında əlaqələrin inkişafına mühüm töhfələrverəcək.
Bu gün Azərbaycan-İtaliya münasibətləri təkcə ikiölkənin maraqlarına deyil, həm də regionun və Avropanıntəhlükəsizliyinə, iqtisadi inkişafına və enerji təminatınaxidmət edən mühüm tərəfdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dostluq vətərəfdaşlıq gələcəkdə də inamla davam etdiriləcək.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



