Sosial
Trend

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxan vilayətində qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib. Azərbaycan nümayəndə heyətinin iştirakı ilə baş tutan silsilə tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti, ölkəmiz üçün göstərdiyi fədakarlıqlar, respublikamızın yenidən və müasir formada qurulması və inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açılıb, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə verdiyi töhfələrdən danışılıb.

Aktualinfo Media Qrup xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.

Mayın 7-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəbin artıq 15 ildir Ulu Öndərin adını daşıdığını bildirərək məktəb haqqında ətraflı məlumat verib, nümayəndə heyətini Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stendlə və Azərbaycan guşəsi ilə tanış edib.

Oxşar Xəbərlər

Back to top button